Close

Naxçıvanda bu nazir vəzifəsindən azad edilib müavin təyin olundu - Bakıdan yeni nazir göndərildi

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub. 

TNS xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Nicat Babayev həmin qurumda nazir müavini vəzifəsinə təyin edilib.

Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 16-da Naxçıvana gedib. O, bu gün C.Cəlilovu kollektivə təqdim edəcək.

Xatırladaq ki, bu kadr islahatının aparılacağı ilə bağlı TNS hələ yanvar ayında  xəbər yaymışdı.