Close

"Bilim hər yerdə”

Laçın rayonunun və Zabux kəndinin orta məktəblərində “Bilim hər yerdə” layihəsi gerçəkləşib.

TNS-in yerli müxbiri xəbər verir ki, layihə “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “Bilim Bakı” mərkəzi tərəfindən reallaşdırılır. Məqsəd ucqar ərazilərdə yaşayan 6-14 yaş arası şagirdləri müasir elmlə tanış etmək, onların proqramlaşdırma və texnoloji bacarıqları öyrənmələrinə şərait yaratmaq, innovasiya və texnologiya sahəsində məlumatlılığı artırmaqdır.

Mərkəzin müəllimləri tərəfindən hər iki orta məktəbin 100-ə yaxın şagirdinə dizayn, təbiət elmləri və texnologiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib.

Həmçinin maarifləndirici, intellektual oyunlar təşkil olunub və “Bilim şou” nümayiş etdirilib.

Sonda şagirdlərə sertifikatlar və hədiyyələr təqdim olunub.

l26-2

l26-3

Xatırladaq ki, “Bilim Bakı” mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb.

Ziya Əmirxanlı