Close

Laçında 28 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib.

TNS-in yerli müxbirinin xəbərinə görə, rayonun Hacısamlı kəndində 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul oğlu ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb.

Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı