Close

11:55
14 Sentyabr 2024

“31 ilin həsrəti bitdi” - Zabuxa köçürülənlər TNS-ə danışdı - VİDEO

Ötən gün Laçın rayonunun Zabux kəndinə daha 25 ailə (94 nəfər) köçürülüb.

1

TNS xəbər verir ki, sakinlərə yaşayacaqları mənzillərin açarları təhvil verilib. 30 ildən artıqdır, doğma yurd həsrəti çəkən zabuxlular dədə-baba torpaqlarına qovuşublar.

Kənd sakinləri bu sevincli günün təəssüratlarını TNS-lə bölüşüblər.

Zabux sakini Yazgül Səfəralıyeva kənddən 18 yaşında çıxdığını deyib: “Çox həyəcanlıyam. Allah şəhidlərimizə rəhmət eləsin, Prezidentimizin canını sağ eləsin. Dövlətimiz var olsun. 31 ilin həsrəti bitdi”.

Tahirə Fərəcova Zabuxdan ağlayaraq çıxdıqlarını xatırladıb: “Qayıdanda da ağlayırdım, amma bu dəfə sevincdən. Başda dövlətimiz olmaqla, Allah Prezidentimizə, Mehriban xanıma uzun ömür versin. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Yolu gələndə o qədər qəribə hisslər keçirdim ki... 30 ildə yaşadıqlarımı xatırladım. Şəhidlərimizin qarşısında baş əyirəm. Ərtafa baxıram, hər tərəf tökülüb dağılıb. Bunların hamısının öhdəsindən gələn Prezindentimizə eşq olsun. Azərbaycanın igid oğullarına eşq olsun”.

Kənd sakini Həqiqiət Behbudova həyəcandan danışmaqda çətinlik çəkdiyini bildirib: “Allah Prezidentimizə ömür versin, gənclərimizi qorusun. Həyəcandan danışa bilmirəm. Kəndimizin ortasından keçən Mikənd çayı üçün çox darıxmışdım”.

4

Çox sevincli olduğunu deyən Zərifə Əliyeva da dövlət başçısına təşəkkürünü çatdırıb. O, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Qeyd edək ki, indiyədək Zabux kəndinə cəmi 46 ailə (188 nəfər) köçürülüb.

2