Close

00:03
26 Aprel 2024

“Xocalı şəhərində soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılacaq”

“Xocalı soyqırımının istər respublika, istərsə də beynəlxalq səviyyədə tanıdılması və bəşəriyyət əleyhinə olan bu cinayətin beynəlxalq nüfüzlu təşkilatlar, dünya dövlətləri tərəfindən qəbul edilməsi istiqamətində məqsədyönlü və davamlı iş aparılır. Azərbaycan Respublikası Prezidentinin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı imzaladığı Sərəncam da bu istiqamətdə görülən işlərin tərkib hissəsi və məntiqi davamıdır”.

Bunu TNS-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyev deyib.

f83a55a23289a43d264a49059912b157

Təşkilat sədri bildirib ki, sərəncamın mətnində erməni vəhşiliyinin mahiyyəti, hadisəni törətmiş günahkarların kimliyi, erməni cəlladlarının hələ də öz xislətlərində qaldıqları, bu insanlıq əleyhinə cinayət aktından çıxarılmalı dərslər öz əksini tapıb.

“Xocalı soyqırmının beynəlxalq səviyyədə tanıdılması istiqamətində cənab Prezidentimizin rəhbərliyi altında böyük işlər görülüb. Mehriban xanım Əliyevanın və Leyla xanım Əliyevanın göstərdiyi xidmətləri xüsusi vurğulamaq istəyirəm. Məhz Leyla xanım Əliyevanın 2008-ci ildə başlatdığı "Xocalıya ədalət" kampaniyası çərçıvəsində əyanı materilları hazırlanaraq genişmiqyaslı təbliğat işləri aparılıb. Dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər öz nəticəsini verib. Müxtəlif ölkələrin parlamentləri və bir çox beynəlxalq təşkilatlar Xocalıda baş verənləri soyqırımı aktı kimi tanıyıb”, - Vahid Əliyev bildirib.

O, Xocalı soyqırımına göstərdiyi həssas münasibətə, xocalılara davamlı qayğısına görə ölkə başçısına minnətdarlığını ifadə edib.

“Əminəm ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti, Ordumuzun qüdrəti və xalqımızın cənab Prezidentimizin ətrafında sıx birliyi sayəsində Xocalı soyqırımının növbəti ildönümlərini məhz Xocalıda qeyd edəcək və yaxın gələcəkdə insanlıq əleyhınə törədilmiş bu soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün Xocalı şəhərində Bakıdakından daha möhtəşəm abidə ucaldacağıq”, - Vahid Əliyev belə deyib.