Türkiyədə fabrik yanır
13
09:58 - 20 May 2025
Tükiyənin Mersin vilayətinin Toroslar rayonunda elektron məhsullar istehsal edən fabrikdə yanğın baş verib.
TNS xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Əraziyə çoxlu yanğınsöndürən, sağlamlıq və polis əməkdaşları cəlb olunub.
Yanğının səbəbi hələlik məlum deyil.