Deputatın vəziyyəti pisləşib
18
17:44 - 28 Aprel 2025

Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Öndərin vəziyyəti getdikcə pisləşir.
TNS Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə “Florence Nightingale” xəstəxanası məlumat yayıb.
Bildirilib ki, deputatın refleksləri azalıb və həyati təhlükəsi artmaqda davam edir.
Qeyd edək ki, 62 yaşlı Sırrı Süreyya Öndər aprelin 15-i axşam saatlarında ürəyindəki problemlə əlaqədar xəstəxanaya aparılıb, 12 saatlıq aorta yırtığı əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib.