Close

Kibercinayətkarlıqla bağlı qanun qüvvəyə mindi

Türkiyədə “Kibertəhlükəsizlik Qanunu” Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib.

TNS xəbər verir ki, artıq kiberhücum edənləri 8 ildən 12 ilədək cəza gözləyir.

Yeni qanuna görə, kiberməkanda Türkiyə Cümhuriyyətinin dövlət qurumlarına qarşı kiberhücumlar həyata keçirən və əldə etdiyi hər hansı məlumatı kiberməkanda saxlayanlar 8 ildən 12 ilədək azadlıqdan məhrum ediləcəklər.

Bu məlumatı yayan, başqasına göndərən və ya satmağa cəhd edənləri 15 ilə qədər həbs gözləyir.