Paytaxtda spirtli içkidən 33 nəfər ölüb
23
15:33 - 07 Fevral 2025

Ankarada saxta spirtli içki 33 nəfərin ölümünə səbəb olub.
TNS xəbər verir ki, saxta içki qəbul edən 20 nəfər isə ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib.
Keçirilən əməliyyatla Ankarada təxminən 102 ton etil və metil spirti aşkarlanıb. İşlə əlaqədar 32 nəfər tutulub.