Təl-Əvivdə naməlum şəxs “TRT Haber”in canlı yayımını dayandırmağa cəhd edib
Təl-Əvivdə bir israilli Türkiyənin “TRT Haber” dövlət telekanalının komandasını təqib edərək canlı yayımı dayandırmağa cəhd edib.
TNS xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, naməlum şəxs telekanalın müxbirini hadisələri düzgün işıqlandırmamaqda ittiham edib. O, jurnalistin ünvanına nalayiq ifadələr işlədib və operatorun əlindən kameranı almağa çalışıb.
F.Altun bildirib ki, İsrail polisi təxribatçını həbs etmək əvəzinə Türkiyə telekanalının əməkdaşlarını saxlayıb.
Gazze ve Lübnan’daki katliamı dünyaya anlatan gazeteciler sadece İsrail güvenlik güçlerinin değil sivil görünümlü İsrailli işgalcilerin de hedefinde.
— Fahrettin Altun (@fahrettinaltun) October 2, 2024
İsrailli bir işgalcinin canlı yayında TRT Haber ekibini taciz edip yayını durdurmaya çalışması bu tehdidin son örneği oldu.… https://t.co/SLlWdQOu34