Türkiyə ilə İraq arasında terrorla mübarizə üzrə memorandum imzalanıb
15
19:51 - 15 Avqust 2024

Türkiyə ilə İraq arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə ilə bağlı anlaşma memorandumu imzalanıb.
TNS-in verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada iraqlı həmkarı Fuad Hüseyn ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bu sənəd son zamanlar iki ölkə arasında başladılan ortaq əməkdaşlıq və təhlükəsizlik addımlarını daha da dərinləşdirəcək.