Close

Çanaqqaladakı meşə yanğını məhdudlaşdırılıb - YENİLƏNİB - FOTO

Türkiyənin Çanaqqala vilayətində dünən axşamdan başlayan meşə yanğını məhdudlaşdırılıb.

TNS "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı məlumat verib.

09:11

Türkiyənin üç vilayətində meşə yanır.

TNS xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Çanaqqala və Uşakda dünən axşamdan başlayan yanğınlar davam edir. Həmçinin, İzmirin Dikili rayonunda gecədən başlayan yanğın küləyin təsiri ilə ətraf ərazilərə yayılıb.

Hazırda hər üç istiqamətdə yanğına havadan və qurudan müdaxilələr davam edir.

Məlumata görə, Uşakda bəzi evlərdəki insanlar təxliyə edilib. İzmirdə isə balıq təsərrüfatına və bir evə ziyan dəyib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

thumbs_b_c_24c8b411c9b5debcd0ee161a61ceabbe

2024_Haziran_AA-34916069

yangin-aa-2245125

AW230284_01