Close

Türk Mətbəxi Həftəsində bu il Egey ləzzətləri təqdim olunacaq

Türkiyənin tarixi kimi, mətbəxi də zəngindir. Ölkənin müxtəlif bölgələrinin özünəməxsus ləzzətləri var.

21-27 may tarixlərində müxtəlif ölkələrdə keçiriləcək Türk Mətbəxi Həftəsi çərçivəsində Anadolu mətbəxi dünyaya tanıdılacaq.

Həftə boyunca türk mətbəxinin ləzzətli, sağlam, ənənəvi və tullantısız reseptləri Egey üslubunda təqdim ediləcək.

Yaşıl və mavinin tandemi olan Türkiyənin Egey sahili möhtəşəm mənzərəsi, köklü tarixi və sağlam yemək mədəniyyəti ilə diqqət çəkir. Bu sahil bölgələri növbənöv çiçəkləri, yerli otları, tərəvəzlər və bol dəniz məhsulları ilə məşhurdur. Ege bölgəsi həm də uzun ömrün sirri olan çoxəsrlik zeytun ağacları və zeytun yağları ilə məşhurdur. Bu zeytun bağları Çanakkaledən Muğlaya kimi uzanaraq, bölgənin zeytun yetişdirilməsi ilə genişlənən mədəni irsini ortaya qoyur.

Türk mətbəxinin üç əsas xüsusiyyəti var: ənənəvi, sağlam və tullantısız.

Türk Mətbəxi Həftəsi çərçivəsində beynəlxalq tədbirlərdə təqdim olunan Egey menyusu uzun müddətdir, sağlam, davamlı, Aralıq dənizi tərzində pəhrizin vurğulandığı bölgənin bolluğunu simvolizə edən reseptlərdən ibarətdir. Egey zeytun və pendirləri, tarhana şorbası, paxlalı püresi, mücver (kabak/qabaq böreyi), zeytunyağlı yaşıl lobya, zeytunyağlı bibər dolması, gözleme və göyərti ilə digər xəmir məmulatları, krevet güveç, İzmir tipli küftə, incir uyutması (süd və quru əncir pudinqi), somata (acı badam şərbəti) və sübye (qovun toxumu şərbəti) menyuda yer alan seçimlər arasındadır.

Pendir

Türkiyə pendir çeşidinə görə dünyanın ən zəngin ölkələrindən biridir. Heyvandarlığın inkişaf etdiyi hər bölgədə, əslində, Türkiyənin demək olar ki, hər şəhərində coğrafi şəraitə görə formalaşan və fərqli üsullarla istehsal edilən özünəməxsus və yerli pendir növü var. Bu pendir növləri Türkiyə brendi kimi Avropada, Asiyada məşhurdur.

Tarhana

Türkiyə mətbəxinin daha bir vaz keçilməzi sözsüz ki, tarhana şorbasıdır. Türkiyədə tarhananın müxtəlif növləri var. Onların hamısını sadalamaq mümkün olmasa da, tarhanalar ümumiyyətlə iki əsas qrupa bölünür. Göce tarhanası tam dənli buğda ilə, un tarhanası isə daha qabarıq olan unla hazırlanır. Tarhana adətən qışa hazırlıq üçün evdə hazırlanır, lakin ticari olaraq satılan bir çox çeşidləri var.

Fava püresi

Anadolu mətbəxinin bir parçası fava turistlərin ən sevdiyi yeməkdir. Qurudulmuş lobya ilə hazırlanan fava məzə masası üçün sevimli yeməkdir, həmçinin veganlar və vegetarianlar üçün dadlı alternativdir.

Mücver

Börək üçün reseptlər Osmanlı dövrünə aid yemək kitablarında yer alır. Müasir türk mətbəxində börəklər adətən qabaqla hazırlanır. Evdə qabaq dolması hazırlandıqda, növbəti yeməkdə qabaqlı börəklər olur. Çıxarılan qabaq əti bir neçə inqrediyentlə birləşərək, türk mətbəxinin tullantısız yanaşmasının tipik nümunəsi olan börəklərə çevrilir. Qızardılmış olsa da, balqabaq börəklərinin inanılmaz dərəcədə yüngül və təzə dadı var.

Zeytun yağında qovurulmuş yaşıl lobya

Zeytun yağında qızardılmış yastı yaşıl lobya türk mətbəxinin klassikasıdır. Bir çox ev təsərrüfatları paxlaları bol pomidorla bişirdiyi halda, əvvəllər qazanın ortasına yalnız bir bütöv qabığı soyulmuş pomidor qoyulur və paxlalar yelçəkən kimi pomidorun ətrafına düzülürdü. Maye çəkilənə qədər qaynadılır, yalnız zeytun yağı qalır.

Doldurulmuş yaşıl bibər dolması

Dolma dedikdə ilk ağıla gələn dolma növlərindən biri də yaşıl bibər dolmasıdır. Zeytun yağında bişmiş yaşıl bibər dolması ətlə doldurulmuş bibərlər qədər məşhurdur.

Gözleme

Gözləmə (qutab) və ya dolma çörəyin kökləri yörük köçərilərinin mədəniyyətinə gedib çıxır. Anadolunun hər yerində, xüsusən də kəndlərdə tez-tez hazırlanan və bu gün şəhərlərdə çox məşhur olan gözleme hazırlanması və bişirilməsi asan olduğu üçün çay bağçalarının sevimlisinə çevrilmiş ləzzətli xəmir yeməyidir.

İncir uyutması

Quru əncirlə hazırlanan İncir uyutması Anadolu mətbəxinin ən asan, lakin möhtəşəm dadı ilə fərq yaradan bir desertidir. Qurudulmuş əncir əzilib isti südlə birləşdirilir, ortaya möhtəşəm dad çıxır.

tm1