Türker İnanoğlu vəfat edib
52
21:35 - 02 Aprel 2024

Məşhur türkiyəli prodüser və kinorejissor Türker İnanoğlu vəfat edib.
TNS xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.
Qəfildən halı pisləşən rejissor aparıldığı xəstəxanada dünyasını dəyişib.
87 yaşlı sənətçi yüzlərlə film və serialın prodüser və rejissoru olub.