Close

İstanbulda gecə klubunda yanğın zamanı ölənlərin sayı 29-a çatıb - YENİLƏNİB

İstanbulda gecə klubunda yanğın zamanı ölənlərin sayı 29 nəfərə çatıb.

TNS xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

17:43

İstanbulda gecə klubunda yanğın zamanı ölənlərin sayı 27-ə çatıb.

TNS xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

16:56

İstanbulun Beşiktaş rayonunda təmir işləri aparılan gecə klubunda yanğın baş verib.

TNS NTV-yə istinadən məlumat verir ki, hadisə zamanı 15 nəfər ölüb. Hadisədə 10-a yaxın yaralının olduğu bildirilir.

Əraziyə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi qruplar göndərilib. Faktla bağlı araşdırma aparılır.

16:32

İstanbulun Şişli rayonunda təmir işləri aparılan gecə klubunda yanğın zamanı ölənlərin sayı artıb.

TNS NTV-yə istinadən məlumat verir ki, ölənlərin sayı 12-a çatıb. Hadisə zamanı 12 şəxsin yaralandığı da bildirilir.

Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, yanğınla bağlı istintaq başladılıb.

16:02

İstanbulun Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində 8 nəfər ölüb, 3-ü ağır olmaqla 9 nəfər xəsarət alıb.

TNS xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, İstanbul valiliyi hadisə ilə bağlı araşdırma başladıb.

15:54

İstanbulun Şişli rayonunda 13 mərtəbəli binada yanğın olub.

TNS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Posta küçəsində olub.

İlkin məlumata görə, yanğın nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Hadisənin səbəbi hələ ki məlum deyil.