Close

12:20
27 İyul 2024

Ersin Tatar Silifkedə açılışa qatıldı

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar Silifke Ticarət və Sənaye Palatasının təşkil etdiyi 4-cü Liderlik Akademiyası və İdarəetmə Konqresinin açılışında iştirak edib.

TNS xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cumhuriyyətinin Prezident Administrasiyasından verilən məlumatda bildirilir.

Prezident Ersin Tatar ŞKTC-də sahibkarlıq, yaradıcılıq və işgüzarlıq bacarıqları ilə uğurlu iş adamlarının olduğunu vurğulayıb. Prezident Tatar konqresdəki açılış nitqində deyib ki, o, iş adamlarını, sahibkarları, ticarət və sənaye ilə məşğul olanlarla birlikdə təbbirdə iştirak etməkdən məmnundur.