Close

12:20
27 İyul 2024

İngilis lord: “Tanınmamış Tayvana birbaşa uçuşlar var, amma Şimali Kiprə yox”

İngiltərənin Lordlar Palatasında Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) ilə bağlı müzakirələr aparılıb.

TNS xəbər verir ki, lord Con Şarkey Palatada çıxış edərək, Britaniya hökumətinə KKTC-yə birbaşa təyyarə reyslərinin açılmasını tövsiyə edib.

O, adada iki xalqın təmsil olunduğu federasiyanın qurulması üçün 50 ildir, irəli sürülən təşəbbüslərin nəticəsiz qaldığını dilə gətirib: “Adadakı rumlar bu modelin müxtəlif variantlarını təklif edirlər. Kipr türklərin bu modeli tamamilə rədd etməsi, iki dövlət təklifini irəli sürməsi təəccüblü deyil”.

O, adadakı türklərin izolyasiyaya məruz qaldığını bildirib: “Kipr 60 ildir, ikiyə bölünüb. Şimali Kipr embarqo altında saxlanılır. Birləşmiş Krallığın əlavə məhdudiyyətlər qoymasından öncə Şimali Kiprə birbaşa uçuş vardı. Mənə dedilər ki, bu məhdudiyyət KKTC-nin dövlət kimi tanınmaması ilə əlaqədardır. Tayvan da tanınan bir ölkə deyil, amma İngiltərə və başqa ölkələrdən oraya birbaşa uçuşlara icazə verilir. Birbaşa reyslərin olması Kipr problemini həll etməyəcək, amma az da olsa, Şimala bir az rahatlıq gətirəcək”.