Close

Məşhur müğənninin vəziyyəti ağırlaşdı: reabilitasiya mərkəzinə yerləşdirildi - FOTO

Sosial şəbəkələrdə qalmaqallı paylaşımları ilə gündəmə gələn müğənni Zerrin Özerin vəziyyəti ağırlaşdığı üçün reabilitasiya mərkəzində nəzarətə götürülüb.

TNS Türkiyə mediasına istinadən xəbər verir ki, anksiyeti artdığı üçün həkiminin məsləhəti ilə Zerrinin hospitalda müalicə olunmasına qərar verilib.

Məlumat üçün bildirək ki, 65 yaşlı sənətçi son vaxtlarda sosial şəbəkədə dediyi qalmaqallı sözləri ilə gündəmə gəlmişdi. Onun "Rədd olub getmək istəyirəm. Yüksəklərdə necə ola bilirsiniz? Mən borderlaynam, ya siz? Məni tanımırsınız? Bezdim artıq. Məni etiketləmənizdən bezdim, bəzi quşbeyinlilərdən! Bəsdir, bəsdir artıq" deməsi ilə diqqət çəkmişdi.

zerrin-ozer