Ərdoğan Ermənistana səsləndi- Təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil...

“Ermənistanı bir daha azərbaycanlı qardaşlarımızın uzatdıqları sülh əlini tutmağa çağırıram”.
TNS TRT Haber-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
O bildirib ki, bəzi Qərb dövlətləri hələ də Qarabağ müharibəsi ilə bölgədə tamamilə yeni dövrün başladığını dərk edə bilmirlər:
“Erməni xalqı və onların rəhbərləri təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdırlar. Ermənistanı təxribata sövq edənlər, qazanc əldə edənlər, əslində, ən böyük zərəri ermənilərə vurdular”, - deyə dövlət başçısı qeyd edib.