Close

Türk Hava Yolları Qətərə satılır?

Türk Hava Yollarında (THY) mətbuat üzrə müşavir Yəhya Üstün şirkətin Qətərə satılması ilə bağlı məsələyə aydınlıq gətirib.

TNS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə THY rəsmisi özünün “Twitter” hesabında paylaşım edib.

Yəhya Üstün paylaşımda bildirib ki, bu mövzuda artıq onuncu dəfədir açıqlama verilir:

“Şirkət barədə müxtəlif zamanlarda yayılan və yenidən gündəmə gələn “Türk Hava Yolları satılır” başlıqlı xəbərlər həqiqəti əks etdirmir”.