Türkiyədə televiziya binası yanır- FOTO
93
20:54 - 27 Aprel 2023
İstanbulun Küçükçekmece rayonunda 11 mərtəbəli binada yanğın baş verib.
TNS xəbər verir ki, “Akit Medya” qrupunun da daxil olduğu binanın zirzəmisində yerləşən anbarda tekstil materialları yanıb.
Zirzəmidən qalxan tüstü qısa zamanda bütün binanı bürüyüb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

