Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı açıqlanıb
23
20:35 - 18 Mart 2023

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49 min 600 nəfərə çatıb.
TNS xəbər verir ki, bu barədə Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay bildirib.
Onun sözlərinə görə, ölənlərdən 6800-ü əcnəbidir.
Xatırladaq ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhəri olan 7,7 və 7,6 maqnitudalı iki zəlzələ olub.