Close

Azərbaycanlı tələbə bacılar dağıntılar altından xilas edilib

Türkiyənin zəlzələ baş vermiş Kahramanmaraş bölgəsində iki azərbaycanlı tələbə dağıntılar altından xilas edilib. 

TNS xəbər verir ki, bu barədə Türkiyədə yaşayan azərbaycanlı jurnalist, İstanbuldakı sabiq baş konsul İbrahim Nəbioğlu bildirib.

Onun sözlərinə görə, xilas edilən tələbələr bacıdırlar - Gülşən və Jalə Cəfərovalar.

Qızların vəziyyətinin orta-ağır olduğu bildirilir.