“Facebook”da dəyişiklik: bu videolar silinəcək
10
13:45 - 24 Fevral 2025

“Facebook”da canlı yayımların videoları 30 gündən sonra silinəcək.
TNS xəbər verir ki, bu barədə "Meta" məlumat yayıb.
Yayımlarını saxlamaq istəyən istifadəçilər 30 gün tamam olmamış videoları endirməli və ya Reels formatında paylaşmalı olacaqlar, baxmayaraq ki, bu format 90 saniyəyə qədər uzunluqda olan videolara icazə verir.
Şirkət bu dəyişikliyi canlı yayıma baxışların daha çox bir neçə həftə ərzində olması ilə əlaqələndirib.