Close

22:30
21 Mart 2025

Daha bir ölkədən “TikTok” qadağası

Kanada hökuməti “TikTok Technology Canada” şirkətindən milli təhlükəsizlik riskləri səbəbindən ölkədə fəaliyyətini dayandırmağı tələb edib.

TNS xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Kanada hakimiyyəti yerli “TikTok” ofisinin işinin milli təhlükəsizliyə hansı risklər yaratdığını açıqlamayıb.

“TikTok” isə öz növbəsində, yerli ofislərin bağlanmasının və yüzlərlə iş yerinin ixtisar edilməsinin heç kimin xeyrinə olmadığını söyləyib.

Çinin “ByteDance” şirkətinə məxsus sosial şəbəkə bu qərara etiraz etməyi planlaşdırır.

Qeyd edək ki, keçən il Kanada təhlükəsizliklə əlaqədar olaraq hökumət məmurlarının cihazlarında “TikTok” istifadəsini artıq qadağan etmişdi.