"Telegram" bu funksiyanı sildi
24
22:33 - 06 Sentyabr 2024

"Telegram" messenceri qanuni şirkətlər üçün “Yaxınlıqdakı insanlar” funksiyasını ləğv edib, onu “Yaxınlıqdakı biznes” funksiyası ilə əvəz edib.
TNS xəbər verir ki, bu barədə "Telegram" qurucusu Pavel Durov deyib.
O bildirib ki, öncəki bölmə bir o qədər də effektiv olmadığı üçün digəri ilə əvəzlənib.
Durov eyni zamanda əlavə edib ki, həmin funksiya bot və dələduzluqla da bağlı problemlər yaradırdı.