Close

“Telegram”a 16 yeni funksiya əlavə edildi

“Telegram”da 16 yeni funksiya istifadəyə veriləcək.

TNS xəbər verir ki, bu barədə onun sahibi Pavel Durov məlumat verib.

"Biz bu ay daha 16 yeni funksiya təqdim edəcəyik və onların əksəriyyəti artıq “Telegram”ın ən son versiyasına daxil edilib. Onlar haqqında daha sonra danışacağam, lakin hələlik diqqətinizi stikerlər yaratmağa yönəltməyə istəyirəm",- deyə o bildirib.

Durovun sözlərinə görə, “Telegram” istifadəçilərə əlavə şəkil redaktə proqramı quraşdırmadan öz stikerlərini yaratmağa imkan verəcək ən son yeniləməni artıq işə salıb.