Close

Google yeni xidmət yaratdı: Emoji Kitchen

Google iki emojini birində birləşdirmək üçün xidmət yaradıb - Emoji Kitchen.

TNS xəbər verir ki, bu barədə Google-un tərtibçisi Cennifer Daniel “X” hesabında məlumat verib.

Tətbiqin Google brauzerinin veb versiyasında işlədiyi bildirilib.

Tərtibçi qeyd edib ki, emojiləri kompüterinizdə Google brauzerində birləşdirmək üçün axtarış çubuğuna Emoji Kitchen yazmalısınız, “Bişirməyi öyrən”in üzərinə klikləyib, yenisini yaratmaq üçün iki emojini seçməlisiniz.

Birləşdirilmiş emoji qrafik obyekt kimi mübadilə buferinə kopyalana bilər.