Close

19:07
29 Sentyabr 2023

"TikTok" axtarış sisteminə çevrilir

Xüsusilə gənclər arasında axtarış sistemi kimi istifadə edilən "TikTok" strateji addım olaraq Vikipediya ilə əməkdaşlıq etməklə oradakı məlumatları axtarış nəticələrinə əlavə edib.

TNS xəbər verir ki, "The Verge"də yer alan xəbərə görə, "TikTok"-da müxtəlif mövzular üzrə axtarış nəticələrində Vikipediya keçidləri aşkar edilib. "TikTok"-un sözçüsü Zakari Kayzer, istifadəçilərə tətbiqdaxili məlumatlara çıxış təmin etmək üçün TikTok və Vikipediya arasında əməkdaşlığı rəsmi olaraq etiraf edib.

Kayzer bu xüsusiyyətin bir neçə aydır fəaliyyət göstərdiyini bildirsə də, görünür ki, şirkət rəsmi açıqlama verməyib. Vikipediya əlavəsi istifadəçilər səhifəni aşağı sürüşdürdükcə tətbiqdaxili axtarış nəticələrində görünür. Bu əlaqəli videolar arasında yerləşdirilir və istifadəçi nəticəyə klik etdikdə birbaşa Vikipediyaya aparılır.