Close

"iPhone15" təqdim edildi- Yeniliklər nələrdir?

"Apple" şirkəti yeni nəsil "iPhone15" smartfonunu təqdim edib.

TNS xəbər verir ki, yeni modeldə əvvəlki dizayn saxlansa da, texniki təkmilləşdirmələr həyata keçirilib.

Smartfon iki versiyada təklif olunur - 6,1 düymlük ekrana malik əsas "iPhone 15" və sələfindən daha parlaq "Super Retina XDR" ekranlarına malik daha böyük 6,7 düymlük "iPhone 15 Plus".

"iPhone 15" ailəsi yeni "A16 Bionic" prosessoru, həmçinin smartfonun ən azı bir gün enerji doldurmadan işləməsinə imkan verən batareya ilə təchiz olunub.

Yeni modellərdə Apple-ın 2012-ci ildən bəri on ildən artıqdır ki, istifadə etdiyi Lightning konnektoru USB-C ilə əvəz edilib.

"iPhone 15" və "iPhone 15 Plus" beş rəngdə təklif olunur və onların qiyməti müvafiq olaraq 799 və 899 dollardan başlayır.