Close

Kiberdələduzların yeni oyunu

Kiberdələduzlar sosial şəbəkələrdə Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi yanında ”Azərpoçt” MMC-nin adından “Azerpost” adlı saxta səhifə yaradaraq sahibsiz qalan mal tərkibli bağlamaları 5,50 manata satışa çıxarıb.

TNS xəbər verir ki, bu barədə qurumdan bildirilib.

“Azərpoçt” vətəndaşlara belə vədlərə etimad etməməyi, qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda – 169 Çağrı Mərkəzi və rəsmi sosial şəbəkə hesablarından məlumatı dəqiqləşdirməyi tövsiyə edir.