Close

Ağıllı saat və fitnes qolbaq istifadə edənlər üçün TƏHLÜKƏ

Ağıllı saat və fitnes qolbaqları kimi cihazlar həssas xəstələrdə infarkt riski yaradır.

TNS xəbər verir ki, bu barədə “Heart Rhythm” jurnalı araşdırma materialı dərc edib.

Utah Dövlət Universitetinin alimlərinin məlumatına görə, bu qurğular tibbi cihazların, xüsusən də ürək stimulyatorlarının işinə mane ola bilər.

Alimlər belə qənaətə gəliblər ki, öz sağlamlığına fikir verənlər üçün fiziki aktivlik səviyyəsini qeyd edən yüksək texnologiyalı saatlar bir qrup insan üçün isə potensial təhlükədir. Bu, evdəki ağıllı tərəzilərə və ağıllı üzüklərə də aiddir.

“Qadjetlər mikroamperlərlə ölçülən çox kiçik, hiss olunmayan elektrik cərəyanını bədənə yayır. Laboratoriya testləri onların ürəyə lazımsız  zərbə vura biləcəyini göstərir.

Çox yavaş döyündüyü zaman ürəyə kiçik elektrik impulsları göndərən bir kardiostimulyator vəziyyətində, belə bir cihazdan gələn kiçik elektrik cərəyanı ürəyin kifayət qədər sürətli döyündüyünü düşünməsinə səbəb ola bilər və lazım olduqda kardiostimulyatorun işini yerinə yetirməsinə mane olur.  Bu müdaxilə uzun müddət davam edərsə, xəstə huşunu itirə və ya daha pis bir şey ola bilər”, - kardioloq-elektrofizioloq professor Benjamin Steinberg bildirib.