Close

Bir gecədə milyonlarla izləyici itirdilər - "Facebook"da nə baş verir?

"Facebook" istifadəçiləri, məşhur bloqerlər hazırda izləyicilərinin dünənə nisbətdə kəskin şəkildə azalmasından şikayətlənirlər.

TNS xəbər verir ki, bir gün əvvəl ABŞ-ın aparıcı KİV-i də bu problemlə qarşılaşıblar.

Belə ki, “USA Today” nəşri "Facebook" səhifəsindən təxminən 25 min, “The New York Times” təxminən 11 min, “New York Post” 12 500, “Washington Post” isə təxminən 10 min izləyici itirib.

“Newsweek” nəşri isə bunu "Facebook" sosial şəbəkəsinin bot hesabları silməsi ilə əlaqələndirib.

Bu arada “Meta” şirkətinin rəhbərinin rəsmi hesabında da izləyicilərin sayı kəskin azalıb. Belə ki, əgər ötən günə qədər Mark Zukerberqin "Facebook" hesabını 119 milyon insan izləyirdisə, hazırda bu göstərici cəmi 9 996 nəfərdir.

Eyni vəziyyət hazırda Ukrayna Prezidenti Volodimir Zelenskinin də rəsmi hesabında görünür. Belə ki, hazırda onun səhifəsini cəmi 9 995 nəfər izləyir.

Qeyd edək ki, hələlik "Facebook" sosial şəbəkəsinin daxil olduğu “Meta” şirkəti baş verənləri şərh etmir.(Qafqazinfo)