Close

168 saat: Bələdiyyə seçkisi keçirildi, yeni səfir Bakıya gəldi, partlayışda 5 nəfər öldü...

2025-ci ilin ilk ayının sonuncu həftəsi arxada qaldı.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftənin (27 yanvar – 2 fevral) önəmli hadisələrinə nəzər salacağıq.

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edərək, dövlət başçısı vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Dövlətimizin başçısı həmçinin, Lukaşenkoya təbrik məktubu göndərib.

Prezident İlham Əliyev Sloveniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qorazd Rençelin, Qvineyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kandenin etimadnamələrini qəbul edib.

sefir-sloveniya

sefir-qvineya

Dövlətimizin başçısı İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misneri qəbul edib.

qedul-israil

Prezident İlham Əliyev sahibkarlığın inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məmməd Qurban oğlu Musayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti "Avtomobil yolları haqqında", “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara, Miqrasiya Məcəlləsinə əlavə və dəyişikliyi təsdiqləyib.

Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq tarif (vəzifə) maaşları artırılıb. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Dövlət başçısı nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxış edib.

musavire

Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilib. Prezident Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.

Azərbaycan Prezidenti Çin Sədri Si Cinpinə Bahar bayramı münasibətilə təbrik məktubu göndərib.

Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Dövlət başçısı Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam verib.

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib. "Qoy hər bir gəncimiz öz zəkası, biliyi, bacarığı, qələbə və nailiyyətləri ilə xalqımızı hər zaman qürurlandırsın!" – paylaşımda bildirilib.

gencler-paylasim

Prezident İlham Əliyev Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının təsdiqlənməsi barədə Sərəncam imzalayıb.

Ötən həftə Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Bələdiyyə seçkiləri 118 seçki dairənin 5846 məntəqəsini (5734-ü daimi, 112-si müvəqqəti seçki məntəqəsi) əhatə edib, 685 bələdiyyəyə 8071 üzv seçilib.

Baş nazir Əli Əsədov Pakistan İslam Respublikasının özəlləşdirmə, investisiya və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.

Xarici işlər naziri Ceyhun Bayramov İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Birol Akgün Bakıya gəlib. O, etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı ötən həftə də davam etdirilib. Xocalı rayonuna növbəti köç karvanı yola salınıb.

Ötən həftə Ağcabədi rayonunda dəhşətli hadisə baş verib. Rayonun Hindarx qəsəbəsində əl qumbarasının partlaması nəticəsində eyni ailədən 5 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

qumbara

Lənkəranda isə avtobus qəzası olub. Nəticədə 24 nəfər xəsarət alıb.

Ötən həftə Sudanın Xartum əyalətinin Omdurman şəhərindəki bazara artilleriya hücumu nəticəsində azı 61 nəfər həlak olub.

ABŞ-də isə bir həftədə 3 təyyarə qəzası baş verib. Nəticədə 100-ə yaxın insan ölüb.