Close

168 saat: Davosda vacib görüşlər, istirahət mərkəzində dəhşətli yanğın, girovların azad edilməsi...

Yanvar ayının daha bir həftəsi başa çatdı. TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftənin (20-26 yanvar) önəmli hadisələrinə nəzər salacağıq.

Prezident İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib. Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

ziyaret20yanvar

Dövlət başçısı 20 Yanvar faciəsi ilə bağlı video paylaşıb.

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə Donald Trampa təbrik məktubu göndərib.

Azərbaycan Prezidenti Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər edib.

Prezident İlham Əliyev Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

Dövlətimizin başçısı Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Stader, Latviya Prezidenti Edqars Rinkeviçs, “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim, İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen, Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso, Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb. Görüşlər qarşı tərəfin müraciətləri əsasında keçirilib.

oliver

iraq

dp

barzani

solts

israil

zelnski

xristian

aib

xorvatiya

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Kartalkaya dağ-xizək mərkəzinin otelində baş verən yanğında çoxsaylı insan ölümü ilə başsağlığı ünvanlayıb. Dövlətimizin başçısı daha sonra Ərdoğana zəng edərək, ona dərin hüznlə başsağlığı verib.

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədəki yanğınla bağlı paylaşım edib. "Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!" – deyə paylaşımda bildirilib.

Kənd Təsərrüfatı Nazirliyi Aparatı və dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin sayı artırılıb. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezident dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısının genişləndirilməsi, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə, “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi barədə fərmanlar verib.

Azərbaycan Prezidenti Avstraliya İttifaqının milli bayramı münasibətilə Avstraliya İttifaqının General-Qubernatoru xanım Samanta Mostinə təbrik məktub göndərib.

Ötən həftə qanlı 20 Yanvar faciəsinin 35 ili tamam olub. Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar hadisələri milli müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. Hər il olduğu kimi, bu il də yüzminlərlə insan Şəhidlər xiyabanına axın edib, şəhidlərə ehtiramını göstərib.  

Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

resmiler

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə yad edib, məzarları üzərinə qərənfillər düzüblər.

dtx-ziyaret

Şəhidlər xiyabanını ziyarət edənlər arasında Azərbaycandakı diplamtik korpusun nümayəndələri də olub. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld, Fransanın Azərbaycandakı səfiri Ann Buayon və digərləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkisi keçiriləcək. MSK sədri Məzahir Pənahov bildirib ki, bu seçkidə 118 dairə üzrə 685 bələdiyyəyə üzvlər seçiləcək. Seçici siyahısında 5 milyon 961 min 625 nəfərin adı var.

Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında seçkilərin təşkil olunacağı bütün seçki dairələrində səsvermə günü müşahidə aparacaq şəxslərlə müşavirə keçirilib.

budaqov

Həftə ərzində İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadənin barəsindəki ölüm hökmünü təsdiqləyib.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan isə Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkəmizin rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib. Qeyd edilib ki, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsi qəbuledilməzdir.

Türkiyə səfiri Cahit Bağçı Azərbaycanda fəaliyyət müddətinin bitməsi ilə əlaqədar ilə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

hh-ssefir

esedov-baqci

spiker

Ötən həftə qardaş Türkiyədə dəhşətli faciə baş verib. Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında 78 nəfər ölüb, onlarla insan xəsarət alıb.

otely

ABŞ-nin 47-ci prezidenti Donald Tarmp and içərək vəzifəsinin icrasına başlayıb. Trampla yanaşı, Ceyms Devid Vens də vitse-prezident kimi and içib.

tramp

Belarusda keçirilən prezident seçkilərində isə dövlət başçısı Aleksandr Lukaşenko qalib gəlib.

İsraillə HƏMAS arasında əldə edilən razılaşmaya əsasən, girov və əsirlər azad edilib. İsrail höküməti 200 fələstinli qarşı Tərəfə, HƏMAS isə 4 qadını İsrailə qaytarıb.