168 saat: - Dünya Bakıda toplaşdı, təxribat baş tutmadı, pensiyaların artırılacağı açıqlandı…
Noyabrın növbəti həftəsi geridə qaldı. Ötən həftə (11-17 noyabr) ölkəmizdə dünyanın ən mötəbər tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başladı. Bu səbəbdən Azərbaycan dünyanın diqqət mərkəzində oldu.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.
Azərbaycan Prezidenti İlham Əliyev Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviç ilə görüşüb.
Dövlətimizin başçısı Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Finlandiya Prezidenti Aleksandr Stubb, Belçika Krallığının Baş naziri Aleksandr De Kro, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Slovakiya Prezidenti Peter Pelleqrini, Serbiya Prezidenti Aleksandar Vuçiç, Belarus Prezidenti Aleksandr Lukaşenko, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 12 Noyabr - Konstitusiya Günü münasibətilə paylaşım edib.
Azərbaycan Prezidenti İspaniya Krallığı Hökumətinin Sədri Pedro Sançez, İordaniya Haşimilər Krallığının Vəliəhdi Şahzadə II Əl-Hüseyn bin Abdullah, Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah, Qana Prezidenti Nana Addo Dankua Akufo-Addo, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin, Polşa Prezidenti Andjey Duda, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer, Albaniyanın Baş naziri Edi Rama, Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans təşkil olunub.
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib. Prezident İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində çıxış edib.
Azərbaycan lideri çıxışında bir çox vacib mesajlar verib. Dövlətimizin başçısı tədbirin baş tutmaması üçün canfəşanlıq edən qüvvələrin cəhdlərinin nəticəsiz qaldığını da diqqətə çatdırıb: “196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”
Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindən paylaşım edib.
Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından COP29 Liderlər Sammitinin açılış mərasimində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Basso, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşüb.
Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi” imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub.
Dövlətimizin başçısı Toqo Prezidenti For Essozimna Qna, Konqo Prezidenti Deni Sassu-Nqesso, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Ruanda Prezidenti Pol Kaqame, İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri xanım Şina Ənsari, Qabonun vitse-prezidenti Cozef Ovondault Berre ilə, Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin, Çin Xalq Respublikası Baş nazirinin müavini Din Süesən, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Beynəlxalq Valyuta Fondunun (BVF) Sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşüb.
Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Azərbaycan Prezidenti tədbirdə iştirak və çıxış edib.
Prezident İlham Əliyev Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri Məhəmməd Yunus, BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti Filemon Yanq, Monteneqronun Prezidenti Yakov Milatoviç, Şimali Makedoniyanın Prezidenti xanım Qordana Silyanovska-Davkova, Nepalın Prezidenti Ramçandra Paudel, Braziliya Federativ Respublikasının vitse-prezidenti Jeraldu Alkmin, Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasiye, Avropa Şurasının Baş katibi Alen Berse, Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi, Maldiv Prezidenti Məhəmməd Muizzu, İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casir ilə görüşüb.
Azərbaycan Prezidenti Fələstin Dövlətinin milli bayramı münasibətilə Fələstin Prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib.
Prezident İlham Əliyev ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə sərəncam imzalayıb.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan Prezidenti Əl-Əzhərin Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyibə bacısının vəfatı ilə əlaqədar başsağlığı verib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə paylaşım edib.
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko, Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Rollan və Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Klaudio Şermi, Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.
Ötən həftə Bakıda 195 ölkədən 75 minə yaxın təmsilçinin iştirakı ilə COP29 tədbiri başlayıb. Tədbirdə iştirak etmək üçün onlarla dövlət və hökumət başçısı, yüzlərlə rəsmi şəxs Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Prezidentin köməkçisi Anar Ələkbərov COP29-un keçirildiyi məkana baş çəkib, burada yerləşən Azərbaycan pavilyonunu ziyarət ediblər.
Prezidenti köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın və Fransanın COP29-da iştirak etməməsi məsələsinə toxunub.
H. Hacıyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının bütün tərəf ölkələrinə, o cümlədən Ermənistana və Fransaya dəvət göndərdiildiyini deyib: “Konvensiyanın demək olar ki, bütün üzvləri Bakıdadır. Ermənistanın iştirak edib-etməməsinin bizə hər hansı təsiri yoxdur”.
Həftə ərzində minimum əməkhaqqı və pensiyalar artırılacağı açıqlanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, bununla bağlı təkliflər hazırlanıb. Nazir müharibə veteranlarına ödənilən aylıq müavinətin artırılması məsələsinin də müzakirə olunduğunu deyib.
Ötən həftə idman sahəsində yaddaqalan hadisələr baş verib. Azərbaycanın kiçikyaşlı yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa çempionatını 5 medalla başa vurublar. Dərya Hüseynova və Esmanur Azayeva qızıl, Şahin Abdullayev və Aliyə Məmmədli gümüş, Yusif Zeynallı isə bürünc medal qazanıblar. Qızıl medal qazanan D.Hüseynova şəhid Elbrus Hüseynovun qızıdır.
Braziliya futbolunun əfsanələri Roberto Karlos, Ronaldinyo, türkiyəli futbol mütəxəssisi Fatih Terim, “Barselona” Futbol Klubunun Prezidenti Xuan Laporta COP29 iştirak etmək məqsədilə Azərbaycana gəliblər.
Dünyanın ən bahalı döyüşü olaraq tarixə düşən Ceyk Pol - Mayk Tayson görüşünün qalibi müəyyənləşib. Oyun Ceyk Polun 78:74 hesablı qələbəsi ilə yekunlaşıb.
Üç ilə yaxındır, davam edən Rusiya-Ukrayna savaşında gərginlik daha da artıb. Rusiya ordusu Donetsk vilayətinin Pokrovski rayonunun İlyinka kəndini ələ keçirib.
ABŞ-də isə yeni seçilmiş Prezident Donald Tramp milyarder İlon Maskı və mühafizəkar fəal Vivek Ramasvamini Hökumətin Effektivliyi Departamentinin rəhbəri vəzifəsinə təyin edib.