Close

21:52
08 Dekabr 2024
21:34
08 Dekabr 2024
20:00
08 Dekabr 2024

168 saat – Ötən həftə ölkəmizdə və dünyada hansı hadisələr baş verib?

Oktyabr ayının bir-birindən maraqlı hadisələri ilə yadda qalan daha bir həftəsi (14-20 oktyabr) başa çatdı.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.

Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.

Dövlət başçısı “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral tarixli 1289 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman verib.

Azərbaycan Prezidenti Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun, Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Hacirinin, Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Akambi Andre Okunlola-Biaunun, Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vayno Reynartın, Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Toftun etimadnamələrini qəbul edib.

sefir-belcika

sefir-qeter

sefir-benin

sefir-est

sefir-dan

Prezident İlham Əliyev “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına məktub ünvanlayıb.

Dövlətimizin başçısı Füzuli Şəhər Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Zəfər tariximiz - Füzulinin Ermənistan işğalından azad edilməsindən dörd il ötür”.

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub.

Azərbaycan Prezidenti Azərbaycan energetiklərinin təltif edilməsi, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında sərəncamlar imzalayıb.

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib.

GaJPjh3XMAAynZX

Prezidenti İlham Əliyev "X"dəki hesabında Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib.

Ötən həftə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərinə işgüzar səfər edib. Sahibə Qafarova Cenevrədə İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşüb.

spiker

İran Prezidenti Məsud Pezeşkian isə Tehranda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Macarıstanın Baş naziri Viktor Orbanın COP29-da iştirakı təsdiqlənib.

Həftə ərzində Türkiyədə “3+3” formatı çərçivəsində XİN başçılarının görüşü keçirilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tədbirdə iştirak etmək üçün Türkiyəyə gedib. Ceyhun Bayramov İstanbulda “3+3” regional platformasının nazirlər toplantısında iştirak və çıxış edib. O, türkiyəli həmkarı Hakan Fidan və qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

cb-erd

Ötən həftə Azərbaycanın Livandakı Səfirliyinin fəaliyyətini davam etdirdiyi, ancaq heyətin qismən təxliyə olunduğu açıqlanıb.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Berliner Zeitung” qəzetinə verdiyi müsahibəsində sülh müqaviləsi lə bağlı bəzi məsələlərə aydınlıq gətirib. O bildirib ki, Azərbaycan sülh sazişini baş nazir Paşinyanla deyil, Ermənistanla imzalamaq istəyir.

Həftə ərzində “2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi Milli Məclisə təqdim edilib. Layihəyə əsasən, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir.

İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəstəxanada ilk körpə dünyaya gəlib. Şuşa sakini, 1990-cı il təvəllüdlü Təranə Xamıyevanın dünyaya gətirdiyi ilk körpəsi qız övladıdır.

susa

Ötən həftə Füzuli və Zəngilanın işğaldan azad olunmasının 4-cü ili tamam olub. Bu münasibətlə müxtəlif tədbirlər keçirilib.

Ağdam rayonunun Şıxbabalı kəndinin sakinləri isə Azərbaycanın ilk şəhidlərindən olan Bəxtiyar Quliyevin məzarını tapıblar.

Ötən həftə Azərbaycan əhalisinin sayı açıqlanıb. İlin əvvəlindən ölkə əhalisinin sayı 28833 nəfər və ya 0,3 faiz artaraq 2024-cü il sentyabr ayının 1-i vəziyyətinə 10 209 603 nəfərə çatıb.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov və Vətən müharibəsi şəhidi Cahangir Baxışovun atası Əmrah Baxışov vəfat ediblər.

Həftə ərzində “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov da dünyasını dəyişib.

Azərbaycanın futbol üzrə yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti dəfə məğlub olub. Millimiz Bakıda Slovakiya seçməsinə 1:3 hesabı ilə uduzub.

Ötən həftə dünyanın əsas gündəmi Fələstinin HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvarın Qəzza zolağında öldürülməsi olub. Yəhya Sinvarla birlikdə təşkilatın hərbi qanadı olan "İzzəddin Əl-Qəssam" briqadalarının rəhbərliyinin bir neçə nümayəndəsi də öldürülüb. Sinvarın ölümündən sonra təşkilata hərəkatın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Məşəlin rəhbərlik edəcəyi məlum olub.

İsrailin Baş naziri Benyamin Netanyahunun Qeysəriyyə şəhəri yaxınlığındakı iqamətgahına PUA hücumu edilib. Amma hücum nəticəsiz olub. Netanyahu bəyan edib ki, onu və həyat yoldaşını öldürməyə çalışan İran agentləri çox böyük səhvə yol veriblər.