Close

168 saat – Şuşaya qayıdan ilk sakinlər, Xankəndidə vacib toplantı, regionda davam edən etiraz aksiyaları...

Bayramlar ayı olan may ayının daha bir həftəsini arxada qoyduq.

Ötən həftə (6 – 12 may) yenə tarixi hadisələrin şahidi olduq. Ümummili Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü böyük coşqu ilə qeyd edildi, Şuşa sakinləri 32 illik həsrətdən sonra doğma torpaqlarına döndülər.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.

qubernator

Mayın 7-də Prezident İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib.

s-tek s-genis 

Prezident İlham Əliyevin və Baş nazir Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub.

s-sened

Daha sonra Azərbaycan Prezidenti və Slovakiyanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər.

s-metbuat

Prezident İlham Əliyevin adından Robert Fitsonun şərəfinə rəsmi nahar verilib.

s-nahar

Azərbaycana rəsmi səfərə gələn Bolqarıstan Prezidenti Rumen Radevin mayın 8-də rəsmi qarşılanma mərasimi olub.

bolqar-qasilama

Azərbaycan Prezidenti İlham Əliyevin Rumen Radev ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib.

bolqar-tek

bolqar-genis

Mayın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Bolqarıstan Respublikasının birinci xanımı Desislava Radeva ilə görüşü olub.

xanimlar

Daha sonra prezidentlər İlham Əliyevin və Rumen Radevin iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi keçirilib. Dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

bolqar-sened

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Rumen Radevin və Desislava Radevanın şərəfinə rəsmi nahar verilib.

bolqar-nahar

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Birinci vitse-prezident Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: “Faşizm üzərində Qələbənin 79-cu ildönümü münasibətilə bütün veteranlarımızı təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, Vətənimizə – sülh və əmin-amanlıq arzulayıram!”

may9-paylasim

Mayın 9-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.

may9-ziyart

Prezident İlham Əliyev “Mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi” və “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi” haqqında sərəncamlar imzalayıb.

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 ili tamam olub.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım ediblər.

paylasim1

paylasim2

Azərbaycan Prezidenti və birinci xanım Ulu Öndərin Fəxri xiyabanda məzarını ziyarət ediblər.

ziyaret

Prezident İlham Əliyev mayın 10-da Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak edib.

f-kondelen

susa-fuz-yol

Dövlətimizin başçısı Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub, Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.

turssu4

xankendi-susa

Azərbaycan Prezidenti və birinci xanım Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar, Mamayı məscidinin, “Şirin su” hamamının bərpadan sonra açılışında iştirak ediblər.

mamayi sirinsu 

Dövlətimizin başçısı və birinci xanım Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində, Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar, Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

uzeyir

colqala

susa-3

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Ermənistanı silahlandırmaqda davam edən ölkələrə sərt xəbərdarlıq edib: “Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz”.

susa-1

Dövlət başçısı bildirib ki, bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır: “Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir”.

Azərbaycan Prezidenti çıxışında Ulu Öndərimizi bir daha ehtiramla yad edib: “Mayın 10-u hər birimiz üçün, təbii ki, mənim üçün əziz gündür - Ulu Öndərin doğum günüdür. Onun ən böyük arzusu bu reallıqları görmək idi, işğala son qoymaq idi və məhz onun fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq. Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi. Xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər”.

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb, Laçın rayonunda “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının (KSES) açılışlarında iştirak edib.

sus ses3 

Dövlət başçısı mayın 11-də Şuşada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.

isesco

Mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib.

xaribulbul-2

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər, dövlətimizin başçısı çıxış edib.

xaribulbul-1

“Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin”, - deyə dövlətimizin başçısı çıxışında qeyd edib.

Ötən həftə Heydər Əliyev Fondunun yaradılmasının 20 ili tamam olub. Milli Məclis Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bu münasibətlə təbrik məktubu ünvanlayıb.

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Heydər Əliyevin adını daşıyan siyasi və hüquq elmləri universitetinin təsis olunması barədə təkliflə çıxış edib.

Deputat Zahid Oruc isə Ermənistanın Baş naziri Nikol Paşinyanın Bakıya dəvət edilməsi ilə bağlı təklif ürəli sürüb.

Mayın 7-də Baş nazir Əli Əsədov Türkiyəyə rəsmi səfərə gedib. Baş nazir mayın 8-də Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. O, bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

esedoverdoqan

Yeni Azərbaycan Paprtiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərin parlament seçkiləri ilə bağlı sualını cavablandırıb. Sədr müavini bildirib ki, YAP hazırda parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirir: “Parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur. YAP bütün seçkilərə yalnız seçki ərəfəsində yox, seçkilər arası müddətdə də hazırlıq aparır".

tahir_budaqov

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da seçki ilə bağlı suallara cavab verib. O bildirib ki, qanunvericiliyin tələbinə uyğun olaraq, noyabrın 3-ü parlament seçkiləri keçirilməlidir: “COP29-a görə parlament seçkilərinin irəli çəkilməsi müzakirə olunur”.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dövlət və hökumət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev və xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Daha sonra DTX-da bu münasibətlə tədbir təşkil olunub.

dtx3

Mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar, hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.

xin

Ötən həftə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-leytenant Ramiz Tahirov hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası Xankəndi şəhərində keçirilib.

171544512994764436_1200x630

Mayın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı daxil edilib. Bildirilib ki, 3 may 2024-cü il tarixdə elan olunmuş gündəlikdəki ikinci məsələ - Naxçıvan Muxtar Respublikası Baş nazirinin Nazirlər Kabinetinin üzvlüyü ilə bağlı təqdimatına baxılması Naxçıvan Muxtar Respublikası Baş nazirinin 2024-cü il 7 may tarixli məktubu ilə təqdimat geri götürüldüyündən gündəlikdən çıxarılıb.

nmr

Həftə ərzində ölkə ərazisində bir neçə zəlzələ qeydə alınıb. Ən güclü zəlzələ Lənkəranda olub – 6 bal. Bundan sonra bir neçə avterşok qeydə alınıb, ərtaf rayonlarda zəlzələlər hiss edilib.

Ötən həftə Bakının Səbail rayonunda oteldə əylənən 4 nəfər naməlum səbəbdən zəhərlənib, onlardan ikisi vəfat edib.

Zaqatalada isə 40 nəfərdək şəxs dönərdən zəhərlənib.

Həftə ərzində “Avroviziya-2024” mahnı müsabiqəsinin yarımfinal və final mərhələləri keçirilib. Azərbaycan təmsilçiləri Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov finala vəsiqə qazana bilməyiblər. Yarışın qalibi İsveçrə təmsilçisi Nemo olub.

Ötən həftə Cənubi Qafqazın iki ölkəsi – Ermənistan və Gürcüstan yenə etiraz aksiyalarına səhnə olub. Gürcüstanda “Xarici təsirlərin şəffaflığı” haqqında qanuna etiraz edənlər aksiyalarını davam etdiriblər.

Ermənistanda isə arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə mitinqlər keçirilib. Baş nazir Nikol Paşinyana istefaya getmək üçün vaxt verilib. Ölkədə sabitlik hələ bərpa olunmayıb.

Ötən həftə Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxmağa başlayıb.

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinin maliyyələşdirilməsində iştirakını dayandırdığını bəyan edib.

Ötən həftə Rusiyada Prezident Vladimir Putinin andiçmə mərasimi keçirilib, Mixail Mişustin yenidən Baş nazir təyin olunub.