Close

168 saat – Prezidentin bölgələrə səfəri, beynəlxalq ictimaiyyətə açıq məktub, İranın uğursuz hücumu…

Ötən həftə (8-14 aprel) Azərbaycanda və dünyada xeyli yaddaqalan hadisələr baş verib. Müsəlman aləmi müqəddəs Ramazan bayramını qeyd edib, dünyadakı münaqişə ocaqları daha da alovlanıb, İran İsrailə hücum edib.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.

Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Ramin Ələmşah oğlu Məmmədov Dövlət Komitəsinin sədri təyin edilib.

Azərbaycan Prezidenti həmçinin "Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" sərəncam verib.

Prezident İlham Əliyev eyni zamanda Şirvan suvarma kanalının yenidən qurulması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalı yenidən qurulacaq və Şirvan suvarma kanalı adlandırılacaq.

Regionların inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyev ötən həftə Hacıqabul, Gəncə, Qəbələr rayonlarına səfər edib.

Dövlət başçısı aprelin 9-da Hacıqabul rayonunda olub, Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib və “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub.

h-yol

h-su

Azərbaycan Prezidenti aprelin 9-da Gəncə şəhərində səfərdə olub.

Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, şəhərdə Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub.

g-abide

g-ekoloji

Prezident İlham Əliyev Gəncə İdman Sarayının açılışında iştirak edib, Gəncə şəhər stadionunun təməlini qoyub.

g-idman

g-stadion

Dövlət başçısı aprelin 9-da Qəbələ rayonunda səfərdə olub, Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib. Həmin gün dövlət başçısı “Azərişıq” ASC-nin 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib.

g-abide

qebele

Aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının da açılışı olub.

qebele-bum

Azərbaycan Prezidenti 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının, Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışına qatılıb.

qebele-x

yolaqdas

Dövlət başçısı Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Təbrikdə bildirilib ki, xalqımız taleyinin ən çətin dönəmlərində belə, öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb: “Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır”.

Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək, dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.

Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım ediblər.

ramazan1

ramazan

Ötən həftə Ermənistanın hərbi birləşmələrinin Kəlbəcərin Ağdaban kəndində törətdiyi soyqırımının 34 ili tamam olub. Ağdaban ictimaiyyəti və Azərbaycanın QHT təmsilçiləri bununla bağlı beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət ediblər.

Həftə ərzində rəsmi İrəvan sülh müqaviləsi ilə bağlı Bakının təkliflərinə cavab göndərib. Söhbət sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərin 8-ci redaksiyasından gedir.

Xarici işlər naziri Ceyhun Bayramov həftə ərzində Qırğızıstan, Belarus, Özbəkistana səfər edib, bir sıra rəsmi görüşlər keçirib.

Həftə ərzində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Sloveniyada işgüzar səfərdə olub.

Aprelin 8-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Demokrat Partiyasına ofis sahəsi təqdim edilib.

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanmış Azərbaycan Ordusunun zabiti, leytenant Bağırov Ülvi Hənifə oğlu müalicə olunduğu tibb müəssisəsində aprelin 7-də vəfat edib.

Həftə ərzində Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini dəfələrlə atəşə tutub. Aprelin 10-da dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb. Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycanla sərhəddə baş verən insidentin məhz erməni sərhədçilərinin xidməti vəzifə ilə bir araya sığmayan hərəkətləri səbəbindən baş verdiyini etiraf edib.

Ötən həftə müdafiə naziri, general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib. Zakir Həsənov İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə görüşüb.

zh-iord

Həftə ərzində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində cəmiyyətdə narahatlığın yaranmasına əbəb olan məlumatları yayan şəxslər müəyyən edilib, onların belə məlumatları yaymalarının qarşısı alınaraq zəruri hüquqi prosedur tədbirlər həyata keçirilib.

Həmçinin, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyənləşdirilib. Tədbirlərlə 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov, 2003-cü il təvəllüdlü, “Miri” ləqəbli Mirnamiq Mirələmzadə saxlanılıblar.

Ötən həftə Ağcabədi rayonunda ata və azyaşlı qızı Kürdə batıb. Onların axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Bakıda isə “Maşın bazarı” adlanan ərazidə güclü yanğın olub. Nəticədə 4 mağaza yanıb.

yan

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin səhhətində problem yaranıb və o, xəstəxanaya yerləşdirilib.

Həftə ərzində Ağdamda mina hadisəsi baş verib. Nəticədə iki nəfər ağır yaralanıb.

Ötən həftə Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən aparılan auditlərin nəticəsi məlum olub.

Bildirilib ki, kənd təsərrüfatı sahəsində məhsul istehsalçılarına subsidiya verilməsi məqsədilə ayrılmış vəsaitin 8.5 milyon manatı qeyri-qanuni və əsassız xərclənməsi halları müəyyən edilib.

Bununla yanaşı, 94,5 mln. manat məbləğində vəsait üzrə bir sıra nöqsanlara yol verilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, Naxçıvanın Təhsil Nazirliyində aparılmış yoxlamanın nəticəsi vəziyyətin əvvəlki illərdən ciddi fərqlənmədiyini göstərir: “Artıq ştatların, uşaqların sayının şişirdilməsi halları 2023-cü ildə də təkrarlanıb. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində aparılan nəzarət tədbirində əvvəlki nöqsanlar aradan qaldırılıb, lakin yeni nöqsanlar var”.

Həftənin ən mühüm hadisələrindən bir İranın İsrailə hücumu olub. İranın İsrailə atdığı 300-dən çox raket və pilotsuz uçuş aparatının əksəriyyəti zərərsizləşdirilib. İranın göndərdiyi 170 pilotsuz uçuş aparatının heç biri İsrail sərhədlərinə çatmayıb.

ABŞ Prezidenti Co Bayden İranın hücumunun uğursuz olduğunu, İsrailin qələbə qazandığını bildirib.

Bu arada Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava Yolları”nın (AZAL) bəzi reyslərində gecikmələr müşahidə olunub.

İsrailin Qəzzaya etdiyi hava hücumları nəticəsində HƏMAS lideri İsmayıl Haniyənin 3 oğlu və nəvələri həlak olub.

Rusiya-Ukrayna cəbhəsində də vəziyyət gərginləşib. Rusiyanın Voronej vilayətinə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində aviasiya texnikasının istehsalı ilə məşğul olan zavodun əsas istehsalat sahəsi sıradan çıxarılıb.

Ötən həftə Azərbaycan Güləş Federasiyası Milli Gimnastika Arenasında keçirilən Avropa Olimpiya təsnifat turnirinin yarımfinalında Turan Bayramova (74 kiloqram) uduzan italiyalı Frank Çamisunun ittihamlarına cavab verib. Bildirilib ki, Çamiso məğlubiyyətlə barışmayaraq ağır ittiham irəli sürüb. O, heç bir dəlil-sübut olmadan guya bu görüşdə məğlub olması üçün ona 300 min dollar rüşvət təklif edildiyini bildirib.

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov isə Avropa çempionu tituluna layiq görülüb.

boks