Close

İranın xarici işlər nazirinin Azərbaycan əleyhinə olan kitabının tərcüməsi və nəşri Vasif Talıbovun nəyinə lazım idi?

2018-ci ildə Naxçıvanın “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində “Keçid dövrünün beynəlxalq əlaqələri keçmiş Qərb dünyasında” adlı kitab nəşr olunub. Bu kitabın müəllifləri İran İslam Respublikasının sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif, İranın tanınmış alimləri Seyyid Məhəmməd Kazım Səccədpur və İbadullah Movlayidir. Kitabı AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun şöbə müdiri Fəxrəddin Eylazov tərcümə edib.

Əlbəttə ki, belə bir kitabın tərcüməsi və çapı Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun tapşırığı ilə həyata keçirilib. Bəs bu kitabda nədən bəhs olunur?

Giriş, 10 fəsildən və son sözdən ibarət tərtib edilmiş bu kitabın nəşr edilməsinin məqsədi İranın həyata keçirdiyi xarici siyasətin dünya ictimaiyyətinə daha geniş şəkildə izah edilməsidir. Müəllflərin elmi əsər adlandırdıqları kitabda İranın gələcək hədəflərinin konturları cızılıb.

Kitabın “Giriş” hissəsində oxuyuruq: “Tarixi bir perspektivdə, İran uzun tarixinin müxtəlif dövrlərində müxtəlif mədəni, mədəniyyət, siyasət və qlobal iqtisadiyyata sahib olmaq üçün uzunmüddətli, parlaq və əhəmiyyətli rol oynayan ən mühüm ölkələrdən biri olmuşdur. Bu ölkə Qərb dünyasının qeyri-Qərb dünyası ilə münasibətlərini tənzimləyən, köklü transformasiya ilə yanaşı, müasir dövrdə dünya tarixinin xaricinə yönəldilmişdir. Bu baxımdan, beynəlxalq sistemlə əlaqələr son bir neçə yüzillikdə İranın beynəlxalq mədəniyyətinin ən görkəmli xüsusiyyətlərindən biri olmuşdur. Ölkəmiz keçmişdə beynəlxalq sistemin keçid şərtləri ilə ciddi şəkildə zədələnmiş, birinci və ikinci dünya müharibələri dövründə, xüsusilə İran və Rusiya müharibələri zamanı güc, nüfuz və təsir itkisinə məruz qalmışdır.

Soyuq müharibənin sona çatması və beynəlxalq sistem üzərində ikitərəfli hakimiyyətin hökm sürdüyü İslam inqilabı İranın müasir orta əsrlər dövrünə qayıtdığı nöqtə idi. Ölkəmizin imkanları və çağırışları ilə keçid dövrü və özü də regional güc və qlobal aktor kimi İranın ortaya çıxması və beynəlxalq statusunu birləşdirməkdə mühüm rol oynayır. Hazırkı keçid dövründə İranın əsas məsələlərindən biri beynəlxalq sistemin formalaşmasında effektiv qüvvələrin inkişafıdır. Buna görə də dəqiq qiymətləndirmə və rol oynama halında oyunçuluq gücünü artırır və bu, təsirli bir institusional gücə çevrilir.

Qeyd etmək lazımdır ki, İran İslam Respublilkası həm də ənənəvi mənbələrdən istifadə edir, beynəlxalq sistemdə elementlər, komponentlər və müxtəlif cəza mənbələrindən ibarət geosiyasi və iqtisadi gücə malikdir”.

Kitabdan təqdim etdiyimiz bu qısa hissədə İranın hədəfləri və bu əsərin yazılmasının məqsədi açıq-aydın görünür. İran regionda və dünyada güc mərkəzlərindən birinə çevrilməyi qarşısına məqsəd qoyub. Bunun üçün bütün vasitələrə, hətta kitabda qeyd olunduğu kimi, cəza tədbirlərinə əl atmaqdan da çəkinmir. Bu zaman sual yaranır. İranın güclənməsi kimə sərf etmir? Əlbəttə ki, ilk növbədə, Azərbaycana. İran gücləndikcə Azərbacanı daha zəif görmək istəyəcək və ölkəmizi öz təsir dairəsinə samağa çalışacaq. Bu proses Azərbaycanın müstəqil siyasət aparmasının qarşısını ala, bütöv və böyük Azərbaycanla bağlı planlarımızı poza bilər. Ona görə də İranın xüsusilə regional gücə çevrilməməsi üçün əlimzidən gələni etməliyik.

33f21f9c-0a8a-432d-966d-2da3a14f4581

Kitabda İranın xarici siyasətinin perspektivləri, molla rejiminin hədəfləri ilə bağlı da ətraflı təhlil aparılıb. İranın xarici siyasətində Azərbaycana düşmənçilik siyasəti aparması artıq hər kəsə agahdır. İran illərdir ki, Ermənistanı himayə edir, bu ölkənin yaşaması üçün nəfəslik rolunu oynayır. Torpaqlarımız erməni işğalı altında qalanda, dini abidələrimiz təhqir olunada İran heç vaxt səsini çıxarmayıb, buna göz yumub. İran istəyir ki, Azərbaycanın başı müharibəyə qarışsın, ölkəmiz güclənməsin. Çünki Quzey Azərbaycanın güclənməsi, qüdrətli bir dövlətə çevrilməsi Güneyin də müstəqil olmaq, yaxud Azərbaycan dövlətinə birləşmək üçün sistemli şəkildə mübarizəyə başlamasına gətirib çıxara bilər.

Son vaxtlar ölkədə keçirilən əməliyyatlar bir daha sübut etdi ki, İran Azərbaycanda daxili sabitliyi pozmaq üçün geniş casus şəbəkəsi yaradıb. Bir sözlə, İran Azərbaycana dost ölkə deyil. Bu, son günlər ölkəmizdə müxtəlif səviyyələrdə də dilə gətirilir.

Bütün bunları təhlil etdikdən sonra ciddi suallar ortaya çıxır. Azərbaycana dost olmayan ölkənin bizim əleyhimizə yönələn xarici siyasətindən, gələcək hədəflərindən bəhs edən kitabın tərcüməsi və nəşri Vasif Talıbovun nəyinə lazım idi? Vasif Talıbov nəyə görə dövlət vəsaitini sərf edərək İranın sabiq xarici işlər nazirinin də həmmüəllifi olduğu belə bir kitabın nəşri və muxtar respublikanın kitabxanalarına göndərilməsi ilə bağlı tapşırıq verib?

Bu kitabın nəşri son vaxtlar Vasif Talıbovun İranla əlaqələrinin olduğu ilə bağlı səsləndirilən fikirləri, arqumentləri daha da gücləndirir. Bu faktlar onu deməyə əsas verir ki, Vasif Talıbov Azərbaycanın milli maraqlarına deyil, İranın maraqlarına xidmət edib.

Fikrimizcə, bunlar çox ciddi faktlardır və araşdırılmalıdır.

Xatırladaq ki, Məhəmməd Cavad Zərif həmin dövrdə İranın xarici işlər naziri vəzifəsində çalışırdı.

TNS-in analitik qrupu