Close

22:51
28 Mart 2024

Türkiyənin dünyanın mərkəzi olmasını hansı qüvvələr istəmir? – Zəlzələlər dövlətləri idarə etməyə çalışanların... - FOTO

Böyük riyaziyyatçı, fizik və mühəndis, dünya elminə əvəzsiz töhfələr vermiş Sirakuzlu alim Arximed (e.ə. 287 - e.ə. 212) deyirdi: “Mənə dayaq nöqtəsi verin, dünyanı məhvərindən çıxarım”. Bəs dünyanı məhvərindən çıxarmaq mümkündürmü? Əsrlər öncə elmi əsasa söykənən bu fikrə texnoloji inkişafın bugünkü inkişaf səviyyəsi nə deyir?!

Gəlin, öncə başqa bir mövzuya nəzər salaq. Dünyanı məhvərindən çıxarmaq üçün öncə onun mərkəzini tapmaq lazımdır. Bəs haradır dünyanın mərkəzi?

1973-cü ildə San Dieqoda (Kaliforniya) Körfəz Enerji və Ətraf Mühit Sistemləri ilə işləyən fizik Andrew J. Woods rəqəmsal qlobal xəritədən istifadə edərək dünyanın mərkəzini tapmaq üçün əsas sistemdən istifadə etdi və koordinatları 39°00′N 34°00′E olaraq hesabladı. Bu koordinatlara xəritədə baxsaq, Türkiyənin Kırşehir yaxınlığına, təqribən Gizadan 1800 km şimala düşdüyünü görərik.

2003-cü ildə Holger İsenberg tərəfindən dünyanın mərkəzi ilə bağlı mükəmməl bir nəticə əldə edildi və koordinatlar bir daha dəqiqləşdirilərək 40°52′N 34°34′E  olaraq təqdim edildi. Bu ərazi yenə də Türkiyəyə, Çorum vilayətinin İskilip mahalı yaxınlığına, təqribən Ankaradan 200 km şimal-şərqə təsadüf etdi.

2016-cı ildə Google Maps İsenberg-in nəticəsini 40°52′N 34°34′E koordinatları ilə qəbul etdi və dünyanın mərkəzi tam dəqiqliklə Türkiyə qeyd edildi.

2023-cü ilin 6 fevral tarixində Türkiyədə dünyanı məhvərindən çıxaracaq bir hadisə baş verdi. 7.8 və 8.1 bal gücündə baş verən zəlzələlərdən sonra dünyanın coğrafi xəritəsində dəyişiklik baş verməyə başladı. Avropa qitəsini Asiyadan və Afrikadan 3 metr məsafə ilə ayıran və fay sürüşməsi ilə xarakterizə olunan bu hadisənin zamanla heç də təbiət hadisəsi olmadığı aşkar göründü.

Zəlzələnin mərkəzi ocağı Türkiyə idi və alimlər Yer kürəsinin nüvəsinə təsir edən bu hadisənin dünyanın bütün qitələrini əhatə edəcəyini və il ərzində davamlı olacağını bildirdilər. Dünyada son 2 ay ərzində zəlzələ ocaqlarının sayı durmadan artmaqdadır, təbii fəlakətlərin miqyası isə hər keçən gün daha da çoxalır.

Bəs, Arximedin dünyanı məhvərindən çıxara biləcəyi ilə bağlı dediyi fikrə fizika elmi necə cavab verir? Müasir elmi inkişaf dayaq nöqtəsinin Yer planetinin mərkəzi nöqtəsinə daha uzaq bir məsafədən, məsələn Ay və ya Marsdan edildiyi təqdirdə məsafənin gücünün təsir gücünə nisbəti müqabilində Yerin məhvərinə təsirin mümkün ola biləcəyi qənaətindədirlər.

Beləliklə, müasir dünyamızda gedən proseslərə bəzən təbiət hadisəsi kimi yox, elmin, texnoloji gücün və onlardan dünyanı idarə etməyə çalışanların maraqları və keçirdikləri sınaqları prizmasından baxmalı, təhlil etməli və bu sınaqların bütün dünyamızı məhvə sürükləyə biləcəyi ehtimalını da nəzərdən qaçırmamalıyıq.

Surə Seyid

336173397_705518224593824_8097168065219943885_n

339273944_181364288111263_488788952876017391_n

339312212_937818524013222_3269680137341955569_n