Close

Azərbaycan və Almaniya alimləri Qarabağda tədqiqatlar aparır - Leylatəpə fenomeni dünya tarixində bir ilkdir - FOTO

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə Almaniya Arxeologiya İnstitutu arasında bağlanılmış müqaviləyə əsasən “Qarabağ düzənliyinin arxeoloji tədqiqi” layihəsi çərçivəsində bölgədə geniş miqyaslı arxeoloji tədqiqatlara başlanılıb.

TNS xəbər verir ki, layihənin əsas məqsədi Qarabağ düzənliyində yerləşən e.ə.VI-IV minilliklərə aid yaşayış məskənlərinin müxtəlif elm sahələrinin tətbiqilə arxeoloji tədqiqidir.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu əməkdaşı, tarix üzrə fələsəfə doktoru Xəqani Alməmmədov saytımıza açıqlamasında bildirib ki, ilkin mərhələdə əsas diqqət e.ə. IV minilliyə aid Leylatəpə fenomeninə məxsus yaşayış məskənlərinin öyrənilməsinə yönəldilib.

“Belə ki, başlanğıc olaraq Qarabağ düzənliyində yerləşən Leylatəpə fenomeninə aid 13 abidəyə baxış keçirilmiş, 2022-ci il tədqiqat mövsümü ərzində onlardan dördündə - Canavartəpə, 2 saylı Sarıcalı, Leylatəpə və Fərmantəpə yaşayış məskənlərində arxeoloji tədqiqatların aparılması qərarlaşdırılmışdı. İlkin olaraq bütün abidələrdə topoqrafiq ölçmə işləri aparılmış, dron çəkilişləri əsasında 3D modelləri yaradılmışdı.

Ağcabədi rayonunun Taynaq kəndi ərazisindəki Canavartəpə yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı üç qazma tipli və bir möhrədən inşa edilmiş tikili qalığı, dövrün mədəni-iqisadi və təsərrüfat həyatını özündə əks etdirən yüzlərlə maddi-mədəniyyət nümünəsi aşkar edilib. Hal-hazırda bu abidədə tədiqatlar davam etdirilir”, - Xəqani Alməmmədov bildirib.

20220702_063234

Alim deyib ki, Ağcabədi rayonunun Sarıcalı kəndi ərazisindəki 2 saylı Sarıcalı yaşayış yerinin səthi uzun illərdir, burada aparılan tikinti, təsərrüfat işləri nəticəsində aşındığından onun hündürlüyü 1 metrdən çox deyil  və  dağılmış vəziyyətdədir: “Abidədə arxeoloji qazıntı işləri üç sahədə aparılıb və məlum olub ki, burada mədəni təbəqə yatımının əsas hissəsi dağıntılar səbəbindən artıq məhv olub, qalmış təxminən 30-40 sm-lik hissədə isə hər hansı tikinti qalığına rast gəlinməyib, az sayda saxsı qab fraqmentlərinə təsadüf edilib. Abidədə qazıntı işləri başa çatdırılıbvə qazılmış sahələr yenidən doldurulub”.

Xəqani Alməmmədov bildirib ki, aparılan arxeoloji tədqiqat işlərinin əsas vəzifələrindən biri olaraq bu etniq-mədəni fenomenin eponim abidəsi olan Leylatəpə yaşayış məskənində (Ağdam rayonu Eyvazlı kəndi) arxeoloji qazıntılar 32 ildən sonra bərpa edilib. İlkin olaraq abidənin şimal hissəsində iki sahədə (A1, A2) qazıntı kvadratları müəyyənləşdirilib və qazıntılara başlanılıb.    

Onun sözlərinə görə, “Qarabağın Leylatəpə fenomeni” layihəsi çərçivəsində aparılan arxeoloji tədqiqatlar coğrafi və ekoloji kontekstdə yaşayış məskənlərinin öyrənilməsini təmin edərək, nəticədə Leylatəpə tipli yaşayış məskənlərinin maddi-mədəniyyətinin ətraflı təsvirini verəcəkdir.

“Leylatəpə fenomeninə aid təsərrüfat komplekslərinin tədqiqatları heç vaxt aparılmayıb və Leylatəpə maddi-mədəniyyətinin antropoloji baxımdan nəyi təmsil etdiyi hələ də mübahisəlidir. Təklif olunan tədqiqat geniş baxış bucağına əsaslanaraq maddi mədəniyyətin ətraflı təhlilini əhatə edən inteqrativ yanaşmadan istifadə etməklə bu problemi həll etmək məqsədi daşıyır. Tədqiqat yüksək keyfiyyətli təsvirlər, fotoşəkillər, şifahi təsvirlər və analitik məlumatlar daxil olmaqla, Leylatəpə maddi mədəniyyətinə dair əsas məlumat və nəşrləri təmin edərək, Leylatəpə dulusçuluğu, iqtisadiyyatı, yemək vərdişləri və əlavə aspektlər üzrə kritik bilik boşluqlarını doldurmağa kömək edəcək”, - alim əlavə edib.

20220726_071659

Almaniya Arxeologiya İnstitutunun əməkdaşı Mark İserlis TNS-ə açıqlamasında bildirib ki, onlar bütün Qafqazda Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi ilə məşğuldurlar.

“Leylatəpə abidəsinə marağımız ona görə yarandı ki,  bu yaşayış yeri Kür-Araz mədəniyyəti ilə bağlıdır. Aparılan tədqiqatlar nəticəsində dünya tarixi üçün əhəmiyyət kəsb edən faktlar aşkara çıxarılıb. Tədqiqat başa çatdırıldıqdan sonra biz indiyədək elmə məlum olmayan çox mühüm elmi nailiyyət əldə edəcəyik. Bütün bunlar onu göstərir ki, Azərbaycan dünyanın  zəngin mədəniyyətə, qədim abidələrə malik nadir yerlərindən biridir”, - Mark İserlis bildirib.

IMG_20220726_161119

Qeyd edək ki, bu abidələrdən tapılan maddi-mədəniyyət nümunələri analizləri Almaniyanın bu sahə üzrə ixtisaslaşmış elmi mərkəzlərində aparılır.

Abidələrin dünya tarix elmi üçün əhəmiyyəti nəzərə alınaraq, burada tədqiqat işləri AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu rəhbərliyinin bilavasitə nəzarəti altında həyata keçirilir.

 

IMG_20220726_162530

IMG_20220726_162744

20220722_094623

20220725_065639

IMG_20220726_134633

IMG_20220726_134922

IMG_20220726_134952

IMG_20220726_153509

IMG_20220726_160950

IMG_20220726_161345