Close

Erməni tarixçi: "Azərbaycan xalqı qədimdir, gəlmə bizik"

Erməni xalqı kütləvi beyin zəhərlənməsindən əziyyət çəkir. İllərdir ermənilərin beyinləri yalan və böhtan məlumatlarla doldurulur. Bu, dövlət səviyyəsində təstiqlənmiş bir plandır. Əsas məqsəd isə erməniləri guya “qədim xalq” olduğuna, bütün qonşularının torpaqlarının onların “qədim” dövlətlərinin əraziləri üzərində qurulduğuna inandırmaqdır. Bu artıq bir kütləvi xəstəlikdir.

TNS xəbər verir ki, bu fikirləri erməni əsilli ukraynalı tarixçi-tədqiqatçı Filipp Ekozyans bildirib.

“Sən ermənisənsə, “Azərbaycanın 1918-ci ildə yarandığına” inanmalısan, sən ermənisənsə, dünyada “erməniləri xristianlığı ilk qəbul edən xalq kimi tanımalısan”. Bu fikilərlə hazırda Ermənistanda uşaqların, cavanların beyinləri yuyulur. Bəs deyil öz xalqınızı aldatdınız? Axı dünya ədəbiyyatı var, qədim əlyazmalar var. Elə bilirsiz sizin dırnaqarası tarixçilərinizin uydurduğu nağıllara bütün dünya inanır? Dünya alimləri sizə gülür. Mən uzun müddətdir bu məsələni araşdırıram. Azərbaycan qədim bir dövlətdir. Azərbaycan xalqı – qədim xalqdır. Buna dair yüzlərlə dəlil var. Gəlmə xalq bizik, əzizlərim.

Mən Azərbaycanın tərəfini tutmuram, mən haqq tərəfindəyəm.

Erməni tarixçilərinin yazdıqlarına, danışdıqlarına dünya alimləri gülür. Bu axı idiotizmdır”, - deyə o qeyd edib.