Close

Rusiya Kurskda nə edir?

Ukrayna hərbçilərini Kursk vilayətindən sıxışdırıb çıxarmaqda olan Rusiya ordusu ötən ilin avqustunda tutulan Sucaya birbaşa hücuma başlayıb.

TNS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilir ki, Kursk vilayətinin azad edilməsi üzrə əməliyyat final mərhələsinə qədəm qoyur.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi məlumat verib ki, Ukrayna hərbçiləri Kursk vilayətində Viktorovka, Nikolayevka və Staraya Soroçina yaşayış məntəqələrindən çıxarılıb.

Qeyd olunur ki, 10 min Ukrayna əsgəri Kursk vilayətinin Suca bölgəsində mühasirəyə düşə bilər.