Close

18:27
08 Oktyabr 2024
16:11
08 Oktyabr 2024

lX əsrə aid türkcə mətn tapıldı – “Aşınızın qiymətini bilin” - FOTOFAKT

Çində 9-cu əsrə aid türkcə mətn tapılıb. Üzərində Köktürk hərfi olan taxta çubuq Çinin Taklamakan səhrasının cənubunda - Hotendə aşkarlanıb. 

Türkiyəli professor Orhan Aydın 9-cu əsrə aid etdiyi çubuqdakı mətni oxuyub.

TNS TRTHABER-ə istinadla xəbər verir ki, mətndə “Aş(ın) qiymətini bil (anla)! Bu səbəbdən tox az imiş”, - fikri yer alıb. Həmin ifadə Göytürkcədə “Aş bulunçın uk antag tok az ermiş”, Türkiyə türkçəsində “Aş(ın) kıymetini bi (anla)! Bu yüzden tok az imiş” kimi yazılır.

Professor vurğulayıb ki, bu mətnin ən mühüm cəhəti yeməklərə hörmət etmək istəyidir: “Əslində nəzərdə tutulan "Acından ölməmək üçün yemək israf etməyin!" fikridir”.

Aygün