Close

18:27
08 Oktyabr 2024
16:11
08 Oktyabr 2024

Pulsuz verilən 40-cı qul - Tarixi şəxsiyyətin hakimiyyətə gəldiyi gündür

Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan görkəmli siyasi xadim Şəmsəddin Eldəniz 16 iyulda hakimiyyətə gəlib. Onun çox maraqlı həyat yolu olub.

TNS tarixi şəxsiyyətlə bağlı bəzi məlumatları təqdim edir.

Mənbələrə görə, Sultan Mahmudun hakimiyyəti dövründə (1118-1131) bir qul alverçisi 39 qulu satıb, qırxıncı qul üçün pul götürməyib. Həmin qul Eldəniz olub. Eldəniz satılan qullardan ən kiçiyi idi.

Tarixçi Mirxondun rəvayətinə görə, İraqda bu qulları sultanın vəziri Əbu Hamid Əli ibn Əhməd əs-Sümeyrəmi tacirdən satın alır. Eldəniz diribaşlığı və fərasəti ilə tezliklə ağasının rəğbətini qazanır.

Hicri təqviminin 516-cı ilinin səfər ayında (may, 1122) ismaililər vəzir Sümeyrəmini Həmədanda öldürürlər. Onun bütün var-dövlətini sultan müsadirə etdirir. Eldəniz də sultanın xidmətinə keçir. Sultan onun bacarığını görüb, tərbiyəsini Əmir Nəsrə tapşırır. Bir müddətdən sonra Eldəniz heç bir sahədə öz tay-tuşlarından geridə qalmır, əksinə, at çapmaqda, ox atmaqda onları arxada qoyur. Tezliklə onu sultan mətbəxinə başçı (əlhivan-salar) təyin edirlər. Burada Eldəniz bacarığını göstərir. O, bu vəzifəsində ikən Sultan Mahmud ölür.

Sultan II Toğrulun hakimiyyəti dövründə (1132-1135) Eldəniz sultanın şəxsi məmlükləri sırasına keçirilir və o, vəzifə pillələrində sürətlə irəli gedir. Sultanın bütün ömrü boyu məsləhətçisinə çevrilən qadını Mömünə Xatun ona xüsusi iltifat göstərir. Eldəniz onun göstərişlərinə əməl edərək saray münaqişələrinə qarışmır və bir-birilə kəskin ədavət aparan əmirlərin heç birinin dəstəsinin tərəfini saxlamır. Sultan Eldənizin sadiqliyini qiymətləndirir və onu əmir rütbəsinədək qaldırır. Bir qədər keçməmiş sultan II Toğrul Eldənizi azyaşlı oğlu Arslan şaha atabəy təyin edir. Sultan II Toğrul öləndə isə yeni Sultan Məsud (1135-1152) Şəmsəddin Eldənizi II Toğrulun dul qadını ilə evləndirir. Həmin qadından (Mömünə Xatundan) onun iki oğlu - Nüsrətəddin Məhəmməd Cahan Pəhləvan və Müzəffərəddin Osman Qızıl Arslan və bir qızı doğulur.

1136-cı ildə Sultan Məsud Arranı atabəy Eldənizə iqta torpağı verir və o, Bərdəyə öz iqamətgahına yola düşür. Eldəniz burada yerli əmirləri tezliklə öz tərəfinə çəkir, sultan xidmətinə asılılıqdan çıxır, saraya nadir hallarda gəlir. Yavaş-yavaş o, bütün Azərbaycana yiyələnir və xırda əmirlikləri özünə tabe etdirir.

Hicri təqvimi ilə 555-ci ilin zülqədə ayında (noyabr, 1160) atabəy Eldəniz 20 minlik ordunun başında Arslan şahla Həmədana gəlir. Burada onları dövlətin bütün əyan və əmirləri (Reyin hakimi İnancdan başqa) qarşılayır və təntənəli mərasimdən sonra Arslan şaha tac qoyurlar. Sultan hakimiyyəti altında olan bütün yerlərdə onun adına xütbə oxunur. Bu gündən Şəmsəddin Eldəniz "Böyük atabəy" (atabəy əl-əzəm) adlanmağa başlayır, onun böyük oğlu və sultanın ana tərəfdən qardaşı Nüsrətəddin Cahan Pəhləvan sultanın əmir-hacibi olur, ikinci oğlu Müzəffərəddin Osman Qızıl Arslan isə sultan ordularının ali baş komandanı (əmir-sipəhsalar əlkəbir) təyin edilir. Eldəniz özünün bütün əmirlərini dövlətdə yüksək vəzifələrə təyin edir.

Bu dövrdən başlayaraq, atabəy Eldənizin bütün fəaliyyəti yeni dövlət hakimiyyətinin nüfuzunun möhkəmləndirilməsinə yönəldilir.

Professor Fazil Qaraoğlu yazır ki, qüd­rət­li Ata­bəy­lər döv­lə­ti­nin qu­ru­cu­sunun ən par­laq qə­lə­bə­ni Hə­mə­dan, Rey və Qəz­vin dö­yüş­lə­rin­də qa­za­nır: "Bu qə­lə­bə­lər­dən qorxu­ya dü­şən əmir­lə­rin ço­xu El­də­niz­dən vas­sal ası­lı­lı­ğı­nı qə­bul et­mə­li olur. El­də­niz "nikgah dip­lo­ma­ti­ya­sı"na da əl atır, ba­rış­maz mü­xa­li­fət­çi Rey ha­ki­mi İnan­cın qı­zı Qü­tey­bə xa­tu­nu oğ­lu Mə­həm­məd Ca­han Pəh­lə­va­na alır.

Ata­bəy Şəm­səd­din El­də­niz Cə­nu­bi Qaf­qaz­dan İran kör­fə­zi­nə­dək uza­nan ge­niş tor­paq­la­ra sa­hib olur, qüd­rət­li bir döv­lət ya­ra­dır. Onun ida­rə­si al­tın­da olan tor­paq­lar Tif­lis­dən Mək­ra­na qə­dər olan əra­zi­lə­ri əha­tə edir­di. Azər­bay­can, Ar­ran, Cə­bəl, Hə­mə­dan, Gi­lan, Ma­zan­da­ran, İs­fa­han və Rey də ona ta­be idi. Mo­sul, Kir­man, Fars ata­bəy­lə­ri, Şir­van, Xu­zis­tan, Hi­lat və Xnus ha­kim­lə­ri vas­sal ki­mi onun adı­na pul kəs­di­rir­di­lər. El­də­ni­zin ya­rat­dı­ğı qüd­rət­li Azər­bay­can türk döv­lə­ti - El­də­niz­lər döv­lə­ti şə­rəf­li ta­ri­xi­miz­də özü­nə­məx­sus yer tu­tur. Ta­lan­lar­dan, aram­sız mü­ha­ri­bə­lər­dən ca­na doy­muş xalq ra­hat nə­fəs alır, qu­rub-ya­rat­maq­la məş­ğul olur. Öl­kə çi­çək­lə­nir, əkin­çi­lik, ti­ca­rət və sə­nət­kar­lıq in­ki­şaf edir. Ata­bəy El­də­niz elm və sə­nət adam­la­rı­na qay­ğı gös­tə­rir, mə­də­niy­yə­tin in­ki­şa­fı­na şə­ra­it ya­ra­dır.

Şəm­səd­din El­də­niz öl­kə­mi­zin qərb sər­həd­lə­ri üçün təh­lü­kə tö­rə­dən gür­cü ça­rı ilə də haqq-he­sab çü­rüt­mə­li olur. Gür­cü­lə­rin 1161-ci il­də Ani, Də­bil və Gən­cə şəhərlərinə da­ğı­dı­cı hü­cum­la­rı­na ca­vab ola­raq El­də­niz 1163-cü il­də güc­lü qo­şun­la Gür­cüs­tan üzə­ri­nə yü­rüş edir. O, əv­vəl­cə gür­cü­lə­ri Də­bil­dən qo­vub çı­xa­rır, gür­cü ça­rı III Ge­or­gi­ni ağır məğ­lu­biy­yə­tə uğ­ra­dır. Hə­min yü­rü­şün iş­ti­rak­çı­sı olan Azər­bay­can ta­rix­çi-sal­na­mə­çi­si be­lə ya­zır­dı: "Gür­cü­lər bia­bır­ca­sı­na məğ­lub ol­du­lar. On­lar­dan o qə­dər qə­ni­mət ələ ke­çi­ril­di ki, sa­yı-he­sa­bı yox idi. Axur­la­rı gü­müş­dən dü­zəl­dil­miş çar töv­lə­si ələ ke­çi­ril­miş­di. Ça­rın gü­müş­dən tö­kül­müş iri çən­lər­dən iba­rət olan ça­xır an­ba­rı da tu­tul­du. Bu çən­lə­rin gön­də­ril­mə­sin­dən öt­rü xü­su­si ara­ba­lar da la­zım gə­lir­di. Bun­lar­dan bi­ri­ni sul­ta­na gön­dər­di­lər. Sul­ta­na bu­nun­la bir­lik­də o vaxt tə­da­vül­də olan 2000 di­nar pul da gön­dər­di­lər. O, qı­zıl və gü­müş­dən dü­zəl­dil­miş çən­lə­ri Hə­mə­da­na yol­la­dı ki, adam­lar on­dan su iç­sin.

Bir ne­çə dö­yüş­də dal­ba­dal sar­sı­dı­cı məğ­lu­biy­yə­tə uğ­ra­yan gür­cü­lər sa­kit­ləş­di­lər. 1175-ci il­də öl­kə­mi­zin qərb sər­həd­lə­rin­də və­ziy­yət sa­bir­ləş­di, öl­kə­mi­zin əra­zi bütövlüyü bər­pa edil­di.

Şərq sər­həd­lə­rin­də də və­ziy­yət sa­bit de­yil­di. Ni­şa­pur və Rey ha­kim­lə­ri El­də­niz­lə­rin itaə­tin­dən çı­xa­raq Xa­rəzm­şah­la­rın tə­rə­fi­nə keç­miş­di­lər. Bu xə­bə­ri eşi­dən El­də­niz güc­lü qo­şun­la Re­yə yü­rüş et­di. Xa­rəzm­şah­lar­la Əmir İnan­cın bir­ləş­miş qüv­və­lə­ri məğ­lub edil­di. Əmir İnanc Rey qa­la­sın­da giz­lə­nə­rək öz və­zi­ri­ni El­də­niz­lə da­nı­şıq­lar apar­ma­ğa gön­dər­di. El­də­niz Rey ha­ki­mi­nin də­fə­lər­lə nan­kor­lu­ğu­nun şa­hi­di ol­muş­du. İn­di dar ayaq­da ye­nə hiy­lə iş­lət­di­yi­ni yax­şı ba­şa dü­şür­dü. O, de­yir­di: "Əmir İnan­cın bi­zə et­di­yi pis­lik­lə­ri mən də­fə­lər­lə ba­ğış­la­dım. Hət­ta ara­mız­da qo­hum­luq mü­na­si­bət­lə­ri də ya­rat­dım. An­caq bu qu­dur­muş əmir mə­nim et­dik­lə­ri­mə əvəz olaraq hə­mi­şə ita­ət­dən çıx­ma­ğa cəhd edib, düş­mən­lə­rim­lə bir­lə­şib. Bu də­fə ona aman yox­dur. El­də­ni­zin qə­tiy­yə­ti bu­ra­da da özü­nü gös­tər­di. O, Əmir İnanc­la danışıqlardan  im­ti­na edə­rək və­zi­rə de­di: "Sən he­sab edir­sən ki, İnanc mə­nim­lə sülh bağ­la­ya­caq və sən də onun­la Rey­də qa­la­caq­san. Bu, heç bir za­man olmayacaq! Sən iki yol­dan bi­ri­ni se­çə bi­lər­sən. Ya öz ağ­lın­la öl­kən­də qal­ma­lı­san, bu hal­da hər iki­niz sağ qa­la bi­lər­si­niz. An­caq be­lə ol­sa, sən öm­rü­nü mər­hu­miy­yət için­də ke­çi­rər­sən. Ya da mə­nim tə­rə­fi­mə ke­çib, onun məhv edil­mə­si üçün əlin­dən gə­lə­ni əsir­gə­mə­mə­li­sən. Rey, İs­fa­han və Azər­bay­can ha­ki­mi olan oğ­lum Ca­han Pəh­lə­va­nın ya­nın­da qa­lar­san. Əgər bu yo­lu seç­sən, mən öz vəd­lə­ri­mi hə­ya­ta ke­çir­mə­yə and içib söz ve­ri­rəm". Və­ziy­yə­ti be­lə gö­rən və­zir El­də­ni­zin tə­rə­fi­nə keç­di və İnan­cı ara­dan gö­tür­dü. Be­lə­lik­lə, El­də­niz dip­lo­ma­ti­ya­sı "Rey prob­le­mi"ni də mü­vəf­fə­qiy­yət­lə həll et­di".

Bu əmi­na­man­lı­ğın hökm sür­mə­sin­də El­də­ni­zin hə­yat yol­da­şı Mö­mi­nə Xa­tu­nun da bö­yük xid­mət­lə­ri olub. "Səl­cuq­lu­lar ta­ri­xi" əsə­ri­nin mü­əl­li­fi Səd­rəd­din əl-Hü­sey­ni­nin yaz­dı­ğı­na gö­rə, Sul­tan Ars­lan öz ata­lı­ğı Şəm­səd­din El­də­niz­dən şi­ka­yət­lən­dik­də ana­sı Mö­mi­nə Xa­tun be­lə ca­vab ve­rib: "Fi­kir ver­mə! Bu adam öz hə­ya­tı­nı təh­lü­kə al­tı­na ata­raq çox­lu aman­sız dö­yüş­lə­rə baş­la­yıb. Bun­dan baş­qa, o sə­ni sul­tan tax­tı­na otur­da­na qə­dər öz var-yo­xu­nu xərc­lə­yib, öz qu­lam­la­rı­nı və tə­rəf­dar­la­rı­nı ölü­mə gön­də­rib, iki oğ­lu ilə sə­nin qul­lu­ğun­da du­ra­raq düş­mən­lə­ri xar edib. Onun bü­tün et­dik­lə­ri sə­nin ha­ki­miy­yə­ti­ni, sə­nin qüd­rət­li döv­lə­ti­ni möh­kəm­lən­dir­mək xa­ti­ri­nə edi­lir­di!.."

El­də­niz öz ömür-gün yol­da­şı, müd­rik qa­dın Mö­mi­nə Xa­tu­na hə­mi­şə sa­diq olub, onu özü­nə sir­daş, ar­xa, da­yaq he­sab edib. Bu uzaq­gö­rən və təd­bir­li xa­tun 1175-ci ilin ok­tyabr ayın­da və­fat edib. Ül­vi bir mə­həb­bət­lə sev­di­yi bir in­sa­nın və­fa­tı El­də­ni­zi bərk kə­dər­lən­di­rib. O, Nax­çı­van­da Mö­mi­nə Xa­tu­na əbə­di bir abi­də ucalt­ma­ğa qə­rar ve­rib. Fə­qət Mö­mi­nə Xa­tu­nun və­fa­tın­dan iki ay son­ra - 1176-cı il­də El­də­niz də və­fat edib. Onun ye­ri­nə ke­çən oğ­lu Mə­həm­məd Ca­han Pəh­lə­van ata­sı­nın bu arzusunu ye­ri­nə ye­ti­rib. Gör­kəm­li Azər­bay­can me­ma­rı Əcə­mi Əbu­bə­kir oğ­lu Nax­çı­va­ni Mö­mi­nə ana üçün müa­sir bir tür­bə in­şa et­di­rib.

Aygün