Close

Füzulidə arabası ilə dəfn edilən hökmdarın məzarı tapılıb

Füzulidə 3 kurqanda qazıntı işləri aparılıb.

TNS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

Onun sözlərinə görə, sözügedən kurqanlar Əhmədbəyli-Füzuli-Şuşa yolunun təxminən 700-800 metr yaxınlığında yerləşir.

"Bura böyük kurqan çölüdür və 3 min yaşı olan hökmdar kurqanları var. Eramızdan əvvəl l minilliyin VIII-VII əsrlərinə aiddir. Araşdırmalarımız zamanı məlum olub ki, burada hökmdarı arabası ilə birlikdə dəfn ediblər. Araba təkərlərinin, atlarının, silah-sursatının qalıqları aşkarlanıb. Burada tapılan materialların böyük hissəsi bizim fondda saxlanılır, bir hissəsi isə hələlik Tarix Muzeyinə təhvil verilib", - professor vurğulayıb.