Close

Yusan Araz su ilə çıxmaz üzün qarası - CHP 146 azərbaycanlının ölümünə səbəb olub - VİDEO

Türkiyədə keçirilən seçkilərdə təbliğat-təşviqat kampaniyası zamanı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP iqtidarının Azərbaycan qarşısında günahkar olduğuna, o vaxtkı prezident İsmət İnönünün öz qərarı ilə Türkiyəyə qara ləkə yaxdığına dair danışmış, konkret olaraq Boraltan körpüsündə baş verən insidenti misal göstərmişdi.

Bir çox adamlara, xüsusilə də qardaş ölkənin tarixi ilə yaxından maraqlananlara 78 il öncə Boraltan körpüsündə hansı insidentin baş verdiyi məlumdur, amma bundan xəbərsiz olanlar da var.

Həmin hadisə Araz çayı üzərindəki Boraltan körpüsündə 1945-ci ildə baş verib. Həmin vaxt 195 azərbaycanlı sərhədi keçərək Türkiyəyə sığınıb.

O zamanlar belə bir addımı fövqəladə dərəcədə ağır cinayət sayan, hərəkətin yoluxucu olmaması üçün amansız tədbirlər görən sovet hökuməti onların dərhal SSRİ-yə təhvil verilməsini tələb edib: “Əsirləri dərhal geri qaytarın!”

Türkiyəyə sığınan azərbaycanlılar isə onların yenidən ruslara qaytarılma ehtimalını ağıllarına gətirmir, canlarını amansız hərbi-milis rejimindən qurtardıqlarına sevinərkən rəsmi Ankara Kremlin təhdidləri qarşısında qalır.

5fa0b9fa7de5b940eaed1d3202c2249e

II Dünya Müharibəsindən güclənərək çıxmış, Avropanın yarısını işğal etmiş SSRİ-nin xofu Türkiyə iqtidarını, konkret olaraq hakim CHP-nin sədri və ölkə prezidenti olan İsmət İnönünü elə basır ki, o, Stalinlə kəllə-kəlləyə gəlmək istəmir və qaçqın əsgərləri Boraltan körpüsündə ruslara qaytarmağı qərara alır.

Bu zaman azərbaycanlı əsgərləri aldadırlar, onlara “sizi Ankaraya aparırıq” deyir, maşınlara doldurub Boraltan körpüsünə gətirirlər.

Bəzi mənbələrə görə, SSRİ-yə təhvil veriləcəklərini anlayan azərbaycanlı əsgərlər deyirlər: “Xahiş edirik, bizi o qəddar düşmənlərə təslim etməyin, bizi siz öldürün. Öz vətənimizdə, öz bayrağımızın altında öldürün”.

Heç bir yalvarışın xeyri olmur və əsgərləri ruslara təhvil verirlər. Ruslar onları qəbul edərkən uzağa aparmırlar, elə sərhədi keçən kimi hamısını güllələyib öldürürlər. Türk zabitlərin gözü qarşısında baş verən bu qətliam əsgərləri verən hərbi hissənin komandirini elə sarsııdır ki, o, evinə gəlib intihar edir.

Boraltan körpüsündə baş verən qətliamın daha bir maraqlı detail odur ki, Türkiyə tərəfi də qarşılıq olaraq ruslardan sovet dövlətinə sığınan bir zabitini və iki əsgərini istəyib. Ancaq sovet tərəfi əsgərlərin izinə rast gəlinmədiyini və onları geri qaytara bilməyəcəyini bildirdikdə Türkiyə hərbçiləri artıq sərhəddən sırayla yola salınan əsirlərin bir hissəsinin SSRİ ərazisinə doğru hərəkətini dayandırır. Nəticədə Türkiyəyə könüllü əsir düşən 195 əsgərdən 49-u salamat qalır və sığınacaq istəyənlərə Türkiyə vətəndaşlığı verilir.

Boraltan körpüsü sıyqırımı məsələsi ilk dəfə 1951-ci ildə Demokrat Partiyasının Tekirdağ millət vəkili Şevket Mocan tərəfindən gündəmə gətirilib və müxtəlif müzakirələrə səbəb olub. O vaxtdn bəri həmin hadisə dəfələrlə CHP-nin baş töhmətinə çevrilib və davam edir. (musavat.com)