Mirzoyan: "Azərbaycanla sülh sazişinin imzalanmasını real hesab edirəm"

Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması realdır.
TNS-in məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.
"Sülh sazişinin imzalanması reallığa çevriləcək. Bir daha vurğulamaq istərdim ki, bütün çətinliklərə və mövcud çağırışlara baxmayaraq, Ermənistan regionumuzda (Cənubi Qafqazda) davamlı sülhə nail olmaq üçün səylərini davam etdirir. Fikrimizcə, bu, bilavasitə qonşuluğumuzda olan bütün ölkələrin maraqlarına uyğundur", - Mirzoyan qeyd edib.