Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
12
14:36 - 10 Yanvar 2025
![](/upload/files/up3/Xeberler/2025/1/10/-2f73168b157909526990426233110698927.jpg)
Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib. .
TNS Report-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
Qeyd edilib ki, "exit poll" keçirmək istəyən təşkilatların akkreditasiyası ilə bağlı ayrılan vaxt müddəti "Təqvim planı"na uyğun olaraq yanvarın 9-da başa çatıb. Bu müddət ərzində hansısa təşkilatın müraciəti qeydə alınmayıb.
Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub.
Əlaqəli xəbərlər
12:55
20 Yanvar 2025